Fuad Ağayev: «Keçmiş icra başçısı istintaqa cəlb olunmalıdır»
Xalid Bağırov: «Cinayət işi açılıbsa, o da dindirilməlidir»
“Keçmiş icra başçısı Nizami Ələkbərov Ismayıllı hadisələrinə görə mütləq dindirilməlidir”. BunuÿIsmayıllı hadisələrində təqsirli bilinərək həbs olunan REAL hərəkatının sədri Ilqar Məmmədovu müdafiə edən vəkil Fuad Ağayev deyib (“Modern.az”). Istintaqın gedişi ilə bağlı onlara məlumat verilmədiyini deyən F.Ağayev bildirib ki, qanunun tələbinə uyğun olaraq sabiq icra başçısı Ismayıllıda baş verən hadisələrə görə istintaqa cəlb olunmalı, ifadəsi alınmalıdır:
“Nizami Ələkbərovun ifadəsinin alınması haqda məlumatım yoxdur. Istintaq qapalı aparıldığından bu haqda məlumat verilmir. Məsələyə hüquqi baxımdan yanaşsaq, sabiq icra başçısı mütləq dindirilməli, ifadəsi alınmalıdır”.
Ismayıllı hadisələrində tutulan şəxslərlə əlaqə saxlayan vəkil Xalid Bağırov da istintaqın gedişi ilə bağlı onlara məlumatın verilmədiyini bildirib. Vəkil həbs olunan Ismayıllı sakinlərinin saxlanma şəraitindən narazı olmadıqlarını bildirərək, onlara hər hansı zor, fiziki təzyiq göstərilmədiyini deyib. X.Bağırovun sözlərinə görə, saxlanılan rayon sakinləri yeni icra başçısının onlara kömək edəcəyinə ümid edirlər. Vəkil həmçinin Ismayıllıda baş verən hadisələrə görə açılan cinayət işi ilə bağlı sabiq icra başçısının istintaqa cəlb olunmasının vacib olduğunu vurğulayıb: “Ismayıllı hadisələrində təqsirləndirilən şəxslərin saxlanma şəraitindən narazılıqları yoxdur. Onlar ümid edirlər ki, azadlığa buraxılmaları üçün yeni icra başçısı kömək edəcək. Təbii ki, cinayət işi açılıbsa, qanunun tələbinə müvafiq olaraq sabiq icra başçısı dindirilməlidir. Onun istintaq cəlb olunub-olunmadığından xəbərsizəm”.
Ismayıllının sabiq icra başçısı Nizami Ələkbərov bir müddət əvvəl mətbuata verdiyi müsahibəsində istintaqla əlaqədar prokurorluq orqanlarına çağırılmadığını deyib.
Qeyd edək ki, Ismayıllının yeni icra başçısı Mirdamət Sadıqov da rayon sakiònləri ilə görüşündə bir neçə dəfə bu məsələyə toxunaraq əlindən gələn köməyi edəcəyini bildirib. Icra başçısı tutulanların azad olunması üçün müvafiq qurumlarla mütəmadi təmasda olduğunu deyib, onların buraxılmasına çalışdığını vurğulayıb.
Ismayıllı sakinləri Vasif Ibrahimov, Şükran Mühübəliyev, Şakir Mustafayev, Ceyhun Abbasov, Cəfər Cəfərov, Elşən Qurbanov, Səxavət Səmədov, Xəyal Şaranov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 186.2 (külli miqdarda əmlakı məhv etmə), 233 (kütləvi iğtişaşlar təşkil etmə və iştirak etmə) və 315.2 (polisə müqavimət) maddələri ilə ittiham olunur. Bu maddələrin hər biri üzrə 2 ildən 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.