Martın 6-na keçən gecə dünyasını dəyişən Şəmkir hərbi birləşməsinin əsgəri Əliyev Elman Telman oğlunun hansı rayondan hərbi xidmətə çağırıldığı məlum olub. Müdafiə Nazirliyi mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, Elman Əliyev 2012-ci ilin aprelində Bakının Nərimanov rayonundan hərbi xidmətə çağırılıb.
Nazirlikdən bildirilib ki, əsgərin ölüm səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma gedir.
***
Martın 6-na keçən gecə, saat 01:40 radələrində Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsinin əsgəri Əliyev Elman Telman oğlu yüksək dağlıq şəraitində döyüş növbəsi çəkərkən qəflətən dünyasını dəyişib. Ölümün hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
Xəbəri Müdafiə Nazirliyi mətbuat xidməti yayıb.