“Mitinqlərə şərait yaradılmalıdır”

İnsan hüquqları üzrə müvəkkil  (Ombudsman) Elmira Süleymanova  Milli Məclis qarşısında hesabat məruzəsi ilə çıxış edib.  Moderator.az-ın xəbərinə görə, Ombudsman məruzəsindən sonra bir sıra təkliflərlə də çıxış edib. O qarşıda seçkilər ili olduğunu deyərək, hökuməti vətəndaşların azad toplaşmaq hüququna hörmətlə yanaşmağa çağırıb: “Mitinqlərə icazə verilməlidir. Zorakılıqlara yol verilməməlidir. Jurnalistlərin sərbəst fəaliyyətinə şərait yaradılmalıdır. Jurnalistlər də yazarkən məsuliyyətlərini dərk etməli, başqalarının şərəf və ləyaqətinə toxunmamalıdır”.