Elmar Vəliyevlə bağlı söyüşlü video (+18)

Gəncənin icra başçısı Elmar Vəliyevlə bağlı olduğu bildirilən skandal video yayılıb. Video barədə xəbəri və onun “Youtube” portalına yüklənmiş varinatını “avropa.info” saytı yayıb. Video “Youtube” portalına martın 4-də “Elmar Yevlaxda sahibkarı təhqir edir” başlığı yüklənib.
Sayt xəbər verir ki, Elmar Vəliyevlə bağlı maraqlı video görüntülər əldə edib. Həvəskar  çəkliş olan bu video görüntülərdə Elmar Vəliyevin  Yevlaxda icra başçısı olan zaman bir sahibkarla mübahisəsi öz əksini tapıb. Videoda icra başçısı sahibkarı təhqir edir. Sahibkar da icra başçısından geri qalmır. Mübahisə zamanı bəzi  söyüşlər də səsləndirilir.
Sayt Elmar Vəliyevin də münasibətini dərc etməyə hazır olduğunu qeyd edir.