Martın 5-də UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmalarına start verilib. İlk gündə “Mançester Yunayted” “Real Madrid”i, “Borussiya Dortmund” isə “Şaxtyor”u qəbul edib.
“Mançester Yunayted”-“Real Madrid” qarşılaşmasının ilk hissəində hesab açılmayıb. İkinci hissənin əvvəlində “Mançester Yunayted”in hücumlarından biri Ramosun avtoqolu ilə tamamlanıb və meydan sahibləri irəli çıxıb. Lakin 56-cı dəqiqədə Türkiyəli hakim Cüneyt Çakır “Mançester”in oyunçusu Naniyə qırmızı vərəqə verib. Azlıqda qalan İngiltərə komandası sonrakı dəqiqələrdə “Real”dan 2 qol yeyərək Çempionlar Liqasını tərk etməli olub.
Komandaların Madriddəki qarşılaşması 1:1 hesabı ilə başa çatmışdı.
“Borrusiya” isə öz meydanında Ukrayna komandasını 3:0 hesablı asan qələbə ilə 1/8 final mərhələsindən yola salıb. Komandaların ilk qarşılaşması 2:2 hesabı ilə başa çatmışdı.
Cüneyt Çakırın qırmızı vərəqə göstərdiyi vəziyyət
Beləliklə,
Çempionlar Liqası: 1/8 final, təkrar oyunlar
5 mart
23.45. “Borussiya” (Dortmund, Almaniya) – “Şaxtyor” (Ukrayna)- 3:0
İlk oyun – 2:2
Qollar: Santana, 31 (1:0), Götze, 37 (2:0), Blaşikovski, 59 (3:0)
23.45. “Mançester Yuneyted” (İngiltərə) – “Real” (İspaniya) -1:2
İlk oyun – 1:1
Qollar: Ramos-avtoqol, 48(1:0),Modric, 65 (1:1), Ronaldo,68 (1:2)
Qırmızı vərəqə: Nani (“Mançester Yunayted”), 56
6 mart
PSJ (Fransa) – “Valensiya” (İspaniya)
İlk oyun – 2:1
“Yuventus” (İtaliya) – “Seltik” (Şotlandiya)
İlk oyun – 3:0
12 mart
“Şalke” (Almaniya) – “Qalatasaray” (Türkiyə)
İlk oyun – 1:1
“Barselona” (İspaniya) – “Milan” (İtaliya)
İlk oyun – 0:2
13 mart
“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə)
İlk oyun – 3:1
“Malaqa” (İspaniya) – “Portu” (Portuqaliya)
İlk oyun – 0:1