Ölən kursantın atası danışdı

Martın 2-də əslən Yardımlı rayonundan olan Naxçivanski adına Hərbi məktəbin 3-cü kurs müdavimi olan Raqil Həmkişiyevin müəmmalı ölümünə hələ də aydınlıq gətirilməyib.

Müdafiə Nazirliyinin yaydığı bəyanatla razılaşmayan məhrum əsgərin atası Arazxan Həmkişiyevdən aldığımız məlumata görə oğlu sağlam olub, səhhətindən heç bir şikayət etməyib.

Onun sözlərinə görə, dünyasını müəmmalı şəkildə dəyişən oğlunu ilkin hərbi tibb ekspertizadan keçirməyiblər. Sonradan keçirilən mülki tibb ekspertizasının rəyinin də 15 gündən sonra bilinəcəyi deyilib. Göstərilən biganə münasibətdən narazı qalan əsgər atası oğlunun ölümünün səbəblərinin tezliklə açılmasını, həqiqətin üzə çıxarılmasını və burada günahı, yaxud da məsuliyyəti olanların cəzalandırılmasını tələb edir. /millet.az/