Saakaşvili Azərbaycana niyə cangüdənsiz gəldi?

Gürcüstan prezidenti Mixail Saakaşvilinin çərşənbə günü Azərbaycana avtomobildə gəlməsi və cangüdənlərindən imtina etməsi hər iki ölkədə diqqəti çəkib.

azeri anchor

Saakaşvilinin cangüdənlərindən imtinası rəqibi Bidzina İvanişvili ilə mübahisədən sonra qeyri-adi jest kimi şərh olunur.
“Saakaşvili təhlükəsizlik gözətçilərindən tamamilə imtina edib”, Saakaşvilinin sözçüsü Manana Manjgaladze Frans Press agentliyinə deyib.
Gürcüstan prezidentinin Azərbaycana səfərindən bir gün öncə Baş Nazir Bidzina İvanişvili öz şəxsi cangüdənini yüksək rütbəli rəsmilərin, o cümlədən prezidentin şəxsi təhlükəsizliyinə rəhbər təyin edib.
Bu isə, cənab Saakaşvilinin öz cangüdənlərindən imtina etməsinə səbəb olub, AFP müxbiri İrakli Metreveli yazır.
Gürcüstan prezidenti administrasiyasının çərşənbə günü Klikləyin YouTube saytında paylaşdığı videoda göstərilir ki, Saakaşvili prezident sarayını birinci ledi Sandra Roelofs ilə birlikdə tərk edir və onları heç kim müşaiyət etmir.
Prezident öz avotmobilini özü idarə edir və xanımı ilə birlikdə aeroporta Azərbaycana rəsmi səfərə yola düşmək üçün gedir.
Saakaşvilinin avtomobili 20 kilometrlik məsafəyə sürməsini Gürcüstanın İctimai televiziyası çəkib.
Əvvəllər Saakaşvili aeroporta maşın karvanı ilə gedərdi və onu hər zaman cangüdənləri idarə edərdi.
İvanişvili prezidenti həddindən artıq bahalı təhlükəsizlik təminatı tələb etməkdə günahlandırıb.
Bu həftə Facebook səhifəsinə yerləşdirdiyi müraciətdə İvanişvili rəqibi Saakaşvilini konstitusiyaya dəyişikləri dəstəkləməyə çağırıb, AFP yazır.
Təklif edilən dəyişiklər prezidentin nazirləri vəzifədən azad etmək və ya təyin etmək səlahiyyətini məhdudlaşdırır.
İvanişvili Saakaşvilidən təcili cavab verməsini istəyib, Saakaşvili isə deyib ki, dəyişikliyə razıdır, ancaq hökumət keçmiş rəsmilərə qarşı qərəzli tədbirlərə son qoymalıdır.
Ötən il keçirilən seçkilərdə Saakaşvilinin Milli Hərəkat Partiyası İvanişvilinin koalisiyasına uduzub. Onlar hakimiyyəti bu ilin oktyabr ayında Saakaşvilinin ikinci və sonuncu prezidentlik müddəti başa çatanadək paylaşacaqlar.

footer second option 1