Gürcüstan prezidenti Mixail Saakaşvili fevralın 27-28-də baş tutacaq Azərbaycana səfəri zamanı Naxçıvan Muxtar Respublikasına da gedəcək.
Diplomatik qaynaqlardan APA-ya verilən məlumata görə, M.Saakaşvili Naxçıvanda bir sıra rəsmi görüşlər keçirəcək.
Qeyd edək ki, Gürcüstan nümayəndə heyətinin tərkibinə Acarıstan Ali Sovetinin keçmiş sədri Revan Varşanulidze də daxildir.
***
Gürcüstan prezidenti Mixail Saakaşvili fevralın 27-28-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Gürcüstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər zamanı Mixail Saakaşvilinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Gürcüstan prezidenti Bakıda digər rəsmi görüşlər də keçirəcək.