Şeyxülislam Pişnamazzadənin nəvəsi
Elmi nailiyyətləri ilə adını tarixə yazdıran bu görkəmli Azərbaycan aliminin apardığı tədqiqatlar 400-ə yaxın elmi məqalə, tezis və monoqrafiyada öz əksini tapmışdır. Onun rəhbərliyi altında 28 namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuş, 15 addan çox dərslik və dərs vəsaiti nəşr edilmişdir. Elmi fəaliyyəti dövründə Qazaxıstan, Özbəkistan, Belarus, Moldova kimi ölkələr üçün hazırladığı yüksək ixtisaslı protozooloq alimlərin uğurları indi dünyada belə tanınır.
O, Zoologiya Institutu əməkdaşlarının kollektiv əsəri olan “Azərbaycan heyvanlar aləmi” üçcildliyinin əsas təşkilatçısı, müəllifi və elmi redaktoru olmuşdur. Məşhur elm xadimi leptospirozun seroloji diaqnostikası, epizootologiyası, patologiyası və immuniteti haqda bir çox qiymətli məqalə və monoqrafiyalar müəllifidir. Alimin 54 il bundan əvvəl təklif etdiyi “Leptospirozunÿseroloji diaqnostikası” üsulu indi də müasir immunoloji metodlarla yanaşı istifadə edilir.
Haqqında söz açdığımız tanınmış zooloq-parazitoloq və protozooloq akademik Musa Əbdürəhman oğlu Musayev 1921-ci il dekabr ayının 27-də Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. O, 1909-1917-ci illərdə Qafqaz Şeyxülislamı olmuş Axund Molla Məhəmməd ağa Pişnamazzadəninÿ nəvəsidir.
Öz sahəsinin əvəzsiz mütəxəssislərindən biri olan M.Musayev 1949-cu ildən Zoologiya Institutunda işləməyə başlamışdır. Onun 61 illik əmək fəaliyyətinin 50 ili (1960-cı ildən) Zoologiya Institutunun direktoru vəzifəsində keçmişdir. Gənc alim hələ Moskvada Baytarlıq Akademiyasında aspirantura təhsili alarkən Ümumittifaq Dövlət təqaüdünə layiq görülmüşdür. Azərbaycan Elmlər Akademiyasının o vaxtkı prezidenti Y.Məmmədəliyev Moskvada olarkən bu istedadlı gənc alimdən xəbər tutmuş və onu AEA-nın Zoologiya Institutunda işləməyə dəvət etmişdi.
Böyük elm xadimi öz fəaliyyəti dövründə bir sıra elmi titullara sahib olmuş, o cümlədən AMEA-nın həqiqi üzvü, baytarlıq elmləri doktoru, professor səviyyəsinə yüksəlmişdir.
Mühüm elmi tədqiqatları
AMEA Zoologiya institutunun rəsmi internet səhifəsində alimin elmi tədqiqatları ilə bağlı əsas göstəricilər əksini tapmışdır. Akademikinÿ 30-dan artıq elmi işiÿvə “SSRI-də yaşayan gəmiricilərin koksidləri” (1965),ÿ”Çöl siçanının parazit faunası vəÿparazitosenozunun quruluşu” (1969) kimiÿmonoqrafiyaları heyvanların koksidi və koksidiozlarının öyrənilməsinə həsrÿedilmişdir. “Birinci monoqrafiyada 46-dan 100-ə qədər yeni növ koksid təsvir edilmişdir. Onun növbəti monoqrafiyası qaramalın leptospirozunun tam tədqiqatına, bu sahədəki mövcud məlumatların sistematikasının yaradılmasına həsr olunmuşdur. M.Ə.Musayevin monoqrafiyası bu günədək leptospiroz haqqında dünya ədəbiyyatında mövcud olan məlumatların yeganə elmi ümumiləşdiricisi olaraq baytar işçiləri üçün bu gün də qiymətli vəsaitdir” (http://www.zoologiya.az/nstitut-haqqnda/alimler.html).
1959-cu ildə Akademiyanın müxbir üzvü, 1967-ci ildə isə həqiqi üzvü seçilmiş M.Ə.Musayev yaratdığı protozoologiya laboratoriyasının bazasında parazit-sahib münasibətlərinin biokimyəvi əsasları və protistologiya laboratoriyalarından ibarət protozoologiya şöbəsi təşkil edərək Respublikada ilk protozoologiya elmi məktəbi yaratmışdır. Azərbaycanda insanların kənd təsərrüfatı və çöl heyvanlarının hüceyrədaxili parazitləri olan koksidilərin və həmçinin sərbəst həyat sürən təkhüceyrəli heyvanların növ tərkibi, ekologiyası, sistematikası və taksonomiyası, parazit-sahib münasibətlərinin xüsusiyyətləri öyrənilmişdir.
Bundan başqa, ölkəmizdə təkhüceyrəli heyvanların genofondu öyrənilərkən yeni 230-a qədər növ təsvir edilmiş, onlara azərbaycanlı gənc protozooloqların (Eimeria Yolchievi, E.Cocheri. E.Ibrahimovaÿvə s.) və digər yerli-coğrafi məkanların adları (E. bakuensis, E. sachdagika, E. cahriensis, E. batabatika, E. badamlinicaÿvə s.) verilmiş, bunlar da beynəlxalq kataloq və kitablara salınmışdır.ÿAkademik M.Musayevin elmi nüfuzu sayəsində keçmiş SSRI-də yaradılmış protozooloqlar cəmiyyətinin 1971-ci ildə keçirilmiş birinci qurultayı Bakı şəhərində keçirilmişdir.
Elmi işlər və mükafatlar
Alimin bu istiqamətdə fundamental tədqiqatlarının nəticələri 150-dən çox elmi məqalədə və o cümlədən “Ev quşlarının koksidiozlarında parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətləri” (1977) və “Ev quşlarının parazitləri onlara qarşı mübarizənin elmi əsasları” (1991) monoqrafiyalarında öz əksini tapmışdır. M.Musayev şəxsi tədqiqatlarına, yaratdığı protozooloqlar məktəbinin və digər parazitoloq alimlərin əldə etdiyi elmi nəticələrə və onların heyvandarlıq və quşçuluq təsərrüfatlarında geniş miqyasda tətbiqinə aid silsilə əsərlərə görə bir qrup alimlə birgə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür (1991).ÿ
Qeyd etdiyimiz kimi, görkəmli elm xadimi keçmiş SSRI protozooloqlar cəmiyyətinin vitse-prezidenti və Azərbaycan bölməsinin sədri (1968-1991) idi. O, “Bilik” cəmiyyətinin biologiya və kənd təsərrüfatı bölməsinin elmi-metodik şurasının sədri (1967-1989), keçmiş SSRI EA Ümumi Biologiya Bölməsinin Elmi Şurasının üzvü və “Parazitologiya” (1967-1989) jurnalının redaksiya heyətinin üzvü olmuşdur. M.Musayev həmçinin Ali Attestasiya Komissiyasının biologiya və kənd təsərrüfatı elmləri üzrə ekspert şurasının sədri, “Azərbaycan Zooloqlar Cəmiyyəti”ninÿprezidenti, 1959-cu ildən AMEA Biologiya Bölməsinin büro üzvü, 1997-ci ildən isə bu bölmənin akademik katibi vəzifələrini icra etmişdir.
Elmi araşdırmaları Azərbaycan elminə mühüm nailiyyətlər bəxş edən akademik M.Ə.Musayev xidmətlərinə görə bir sıra dövlət mükafatlarına layiq görülmüşdür. Həmin mükafatlar sırasına aşağıdakılar daxildir: “Şərəf nişanı” və “Qırmızı Əmək Bayrağı” ordenləri, “Böyük Vətən Müharibəsində Fədakar əməyə görə” medalı. O, Azərbaycan SSR Ali Soveti Rəyasətÿ Heyətinin üç fəxri fərmanı ilə təltif olunmuş, “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına, Azərbaycan Respublikasının “Şöhrət” ordeninə layiq görülmüşdür.ÿ
Görkəmli alim 4 dekabr 2010-cu il tarixində Bakıda vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir