ramiz-kamal

Ramiz Mehdiyev-Ramil Usubov ikilisinə qarşı yeni cəbhə

ramiz-kamalKəmaləddin Heydərov da Paşayevlərə dəstək verməyə başladı

Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin yaydığı son video da bomba effekti verib. 2004-cü ildə çəkilən bu videoda Elşad Abdullayevlə daxili işlər naziri Ramil Usubovun qudası, Xətai rayon prokuroru Yusif Ildırımzadənin qardaşı, Hava Nəqliyyatında Polis Idarəsin rəis müavini Rasim Ildırımzadənin söhbəti əks olunub. Söhbət təbii ki, Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsilə bağlıdır. Rasim Ildırımzadə sabiq rektoru əmin edir ki, qardaşı sağdır və yaxın günlərdə o, Mahir Abdullayevi Elşad Abdullayevə təhvil verəcək.
Elşad Abdullayev hələ Gülər Əhmədova ilə bağlı video yayarkən hakimiyyətdaxili qruplar bundan bir-birlərinə qarşı istifadə etməyə başladılar. Xüsusilə Paşayevlər bu videonu fürsət bilib Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə hücumları artırdı. Lakin bir qədər sonra gündəmi başqa hadisələr zəbt etdiyindən PA rəhbəri və komandasına qarşı hücumlar səngidi. Lakin Elşad Abdullayevin son videosundan sonra iqtidar daxilində yenidən ara qarışıb.
Bu video da Ramiz Mehdiyev və komandasını “vurmaq” üçün rəqib qruplaşmaya şans verib. Məlumat üçün deyək ki, Rasim Ildırımzadənin qohumu Ramil Usubov PA rəhbərinə yaxın şəxsdir. Bu dəfə Ramiz Mehdiyev-Ramil Usubov ikilisinə qarşı hücuma fövqəladə hallar naziri Kəmaləddin Heydərov da qoşulub. Təsadüfi deyil ki, “fövqəlnazir”in nəzarətində olan media quruluşları son videoya geniş diqqət ayırıblar.
Məlumatlara görə, Kəmaləddin Heydərov Paşayevlər-Ramiz Mehdiyev savaşında artıq PA rəhbərinin devrilməsi prosesinə dəstək vermək qərarına gəlib.