İqtidaryönümlü deputat Zahid Oruc Milli Məclisdəki çıxışında Ermənistanda keçirilən prezident seçkilərindən danışıb. Azadlıq.info-ya verdiyi açıqlamada deputat beynəlxalq qurumları saxta seçkilərə biganə münasibətdə günahlandırıb. Onun sözlərinə görə, ATƏT-in Müşahidə Missiyası saxta nəticələrə müsbət rəy verməklə ikilistandartlarını nümayiş etdirib: “Ermənistandakı seçkilərə beynəlxalq reaksiyalar birmənalı olaraq riyakərlıq nümunəsinə çevrildi. Çünki Avropa Birliyi seçkidən öncə bəyan etmişdir ki, Şərq Tərəfdaşlığı proqramənən tələbinə görə, hər üç Cənubi Qafqaz ölkəsinin gələcəyinə 2013-cü il sekilərin nəticəsində qiymət verəcəyik. İndi artıq Ermənistandakı seçkidən sonrakı rəyə görə belə çıxır ki, artıq bu ölkə imtahandan keçdi. Onlar nəticələri qiymətləndirərkən qeyd edib ki, seçkilər sülh şəraitində keçib. Namizdlərin ikisi – Petrosyan və Köçaryanı 7 ay öncə Moskvaya çağırıb başa salandan və Putinin iradəsinin 2,5 mln seçicidən üstün olduğunu görəndən, namizədlərdən birinin güllələnib reanimasiya xərəyindən təbliğat apardığını görəndən sonra əgər müşahidəçilər seçki prosesini sülh adlandırırsa, bu dərin təəssüf doğurur. Digər namizəd aclıq elan edir, üçüncü isə hətta ölülərin belə səs verdjiyi qeyd edir”.
Deputatın sözlərinə görə, amma Azərbaycana münasibət tamam fərqlidir. Bu yolverilməzdir: “Həmin müşahidəçilər yaxın gələcəkdə Azərbaycandakı seçki müşahidəsinə gələcəklər və lupa ilə müxtəlif parametrlərin demokratiya uyğunluğunu yoxlayacaqlar. Lakin əmin edirəm ki, bizdə veriləcək rəy neft və qaz maraqlarına tabe etdirilmiş rəylər olacaq. Mənim üçün bu halda ATƏT Minsk Qrupu ilə bu qurumun Demokratik Təsisatlar və Insan Haqları Bürosu eyni funksiyanı yerinə yetirir. Məhz görə də Amerika seçkilərində ATƏT-in müşahidəçilərini ölkədən qovur. Lakin bununla iddia etmirəm ki, bizdə də eyni münasibət göstərilsin. Çünki seçkilərə müşahidə missiyasın dəvətini rəsmi dövlət qurumları həyata keçirir”.