“Barsa” yenildi, “Galatasaray” heç-heçə etdi

Fevralın 20-də Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Günün əsas oyunu İtaliyanın Milan klubu ilə İspaniyanln Barselona komandası arasında olub.  Oyun Milanın qələbəsiylə bitib: 2:0. Qolları 57-ci dəqiqədə Boateng və 81-ci dəqiqədə Muntari vurub.

İstanbulda baş tutan Galatasaray –  Schalke 04  qarşılaşması isə 1-1 hesabıyla bitib. 13-сü dəqiqədə Burak Yılmaz Galatasarayı hesabda irəli çıxardıb. 45-ci dəqiqədəsə Cons hesabı bərabərləşdirib: 1-1