Əli Kərimli Aslan İsmayılovu təbrik etdi

Fevralın 20-də Azərbaycanın tanınmış vəkili və ictimai xadimi Aslan İsmayılovun 55 yaşı tamam olub. Bu münasibətlə AXCP sədri Əli Kərimli onu təbrik edib. Təbrikdə deyilir:

Hörmətli Aslan bəy, sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz  ən ağır vaxtlarında insanların imdadına yetişən, hər zaman haqqın, ədalətin keşiyində duran, fədakarlığınızla seçilən ləyaqətli ziyalılarımızdansınız. Sizin kimi savadlı, həqiqəti, prinsipiallığı öz həyat meyarına çevirmiş hüquqçularımız  sayəsində ölkəmizdə vəkillik institutu bütün maneələrə baxmayaraq, yaşayır və bu işdə gərgin fəaliyyətiniz, davamlı mübarizəniz danılmazdır. Mövcud rejimin ölkədə yaratdığı qanunsuzluq, korrupsiya mühitində sizə də çox təzyiqlər olub, lakin siz həmişə düzlüyü, peşəkarlığı üstün tutmusunuz, bu dəyərli xüsusiyyətlərinizlə xalqın rəğbətini qazanmısınız. Sizi bir daha təbrik edir, cansağlığı, uzun ömür, peşə fəaliyyətinizdə uğurlar, amallarınızın gerçəkləşməsini arzulayıram!