Türkiyənin Star TV telekanalında nümayiş olunan, populyar “O Ses Türkiye” şousunun finalı keçirilib.
Milli.Az Milliyet-ə istinadən bildirir ki, Hülya Avşar, Hadise, Murat Boz və Mustafa Sandalın münsiflər heyətinin üzvü olduqları yarışmanın finalında Onur Uğuş, Berkan Taşkın, Ayda Moşarraf və Mustafa Bozkurt vardı.
Onlar Türkiyənin ən gözəl səsi seçilmək uğrunda mübarizə aparırdılar.
Keçirilən SMS səsverməsində mübarizəni ilk tərk edən Berkan Taşkın oldu. İkinci səsvermədə Onur Uğuş hamıdan az səs topladı.
Sonda Aydan Moşarraf və Mustafa Bozkurt arasındakı mübarizədə SMS-lərin sayına görə Bozkurt qalib gələrək Türkiyənin “O səs”i oldu.