Kəmaləddin Heydərov daha bir sahəni monopoliyaya aldı

k heyderov2«Fövqəlnazir» ölkəyə parça gətirilməsinə qadağa qoyub

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycana parça idxalına qadağa qoyub. Bu barədə qəzetimizə bir qrup sahibkar məlumat verib. Adlarının çəkilməsini istəməyən sahibkarlar bildirib ki, Kəmaləddin Heydərov Sumqayıt Trikotaj Fabrikini ələ keçirdikdən sonra Dövlət Gömrük Komitəsinə ölkəyə parça buraxılmamasını tapşırıb:
“Hələ ki, həmin fabrikdə istehsal başlamayıb. Ola bilsin bir neçə aydan sonra istehsal olsun. Amma indidən parça gətirilməsinə qadağa var və gömrükdən açıq şəkildə bildirirlər ki, bu Kəmaləddin Heydərovun tapşırığıdır. Parçadan başqa tibb işçiləri üçün geyimlər, döşək ağı, balışüzü gətirməyə də yasaq var”, – deyə sahibkarlar bildirib.