«İosif Stalinin oğlu 1941-ci ildə nasistlərin SSRİ-ə hücumu zamanı uzun illər Kreml təbliğatının iddia etdiyi kimi əsir götürülməyib, özü almanlara təslim olub». Bu barədə Rusiyanın arxiv sənədlərinə istinadən Independent nəşri yazıb.
Stalinin oğlu Yakov Cuqaşviliyə nifrət etdiyini məlumdur. Yakovun 1943-cü ildə alman əsirliyində olarkən özünü elektrik hasara ataraq intihar etdiyini ehtimal olunur. Lakin batareya komandiri olan Yakovun köməkçisi ilə birgə almanların tərəfinə keçdiyini təsdiq edən sənədlərin olduğu ortalığa çıxıb. Arxiv sənədlərini dərc edən Almaniyanın Der Spiegel nəşrinin yazdığına görə, Cuqaşivlinin rəhbərlik etdiyi batareya gölün yanına çatanda o əsgərlərinə yolu davam etdirməyi tapşırıb, özünün isə dincələcəyini deyib. Nəşrin ehtimallarına görə, Cuqaşivlinin qalmaq istəyi onun təslim olmaq niyyəti ilə əsaslandırıla bilər. Der Spiegel həmçinin Cuqaşvilinin dindirilməsi ilə bağlı hesabatı da açıqlayır. Orada Yakovun Sovet ordusunu kəskin tənqid etdiyi və onun hərəkətlərini «axmaq və səfeh» adlandırıb. Onun həmçinin antisemit ifadələr işlətdiyi də deyilir.