Zaman Ilham Əliyevin, SAAT bizimdir

Dost sarıdan problemi olmayan insanam.
Həmişə insanların “indiki zəmanədə dost yoxdur”, “dostluq boş söhbətdir” fikirlərinə qəribə baxmışam.
Dost var, sadəcə, bizim adamlar dostu nəsə fövqəlbəşər bir şey kimi başa düşürlər. Dost da insandır. Sənin kimi, mənim kimi…
Onun da başı ağrıya, pulu qurtara, çətinliyə düşə, ayağı burxula bilir. Xülasə, dost odda yanmaz, suda batmaz məxluq deyil.
Bunları öz dostlarıma rahat müraciət etmək üçün yazdım.
Əziz dostlar, yoldaşlar!
Sizə ciddi bir ehtiyacım yaranıb.
Sizin əksəriyyətiniz elə mən gündə olan adamlarsınız. Lap məşhur ifadədəki kimi, kasıb amma vüqarlı.
Hər dəfə sizinlə görüşəndə, zəngləşəndə qayğı görürəm, eşidirəm.
Demək olar ki, hər gün sizlərdən “Bəy, sənə nə kömək edə bilərəm?”, “Bəy, nə çətinlik var?”, “Bəy, nə qulluq edim?”, “Bəy, bir problem varsa, de, həllinə kömək edək”, “Bəy, cibxərcliyin var?”, “Bəy, sənə qonaqlıq vermək istəyirəm, imkan yarat” təklifləri alıram.
Bu təkliflərin çoxunu reallaşdıra bilmirəm. Bəzisinə iş rejimi imkan vermir, bəzisinə abır, bəzisinə həyat tərzim.
Indi sizi də, məni də xoşhal edəcək məqam yaranıb.
Mənim çalışdığım və düşünürəm ki Azərbaycan xalqı üçün informasiya blokadasının yarılmasında əvəzsiz rol oynayan “Azərbaycan saatı” proqramı çətin günlərini yaşayır.
Bu proqram sözün əsl mənasında dişimiz-dırnağımız hesabına yayımlanırdı. Amma indi gücümüz yetmir. Bu ağır işin altına siz də əlinizi qoyun.
Xahiş edirəm, mənə göstərəcəyiniz lütfkarlığı bu proqram üçün edin.
Aşağıda bir hesab nömrəsi təqdim edirəm, ora kiçik yardımınız ölkədə söz azadlığının müdafiəsi üçün atacağınız ən təsirli addımdır.
“Azərbaycan saatı” illərdir “kaş, müxalifətin bir televiziyası olaydı”, “kaş, doğru, yalan-yaltaqlıqdan uzaq bir kanalımız olaydı” həsrətindən yaranan proqramdır.
Hər gün xüsusilə əyalətlərdən gələn tamaşaçı zənglərindən hiss edirəm ki, proqram öz məqsədinə çatır. Insanlar onu izləyir və ölkədə nə baş verdiyini bilir, maariflənir. Proqramın bağlanması daha bir ümid yerinin məhvi və bizim hamımızın təslimçiliyimiz demək olar.
Əminəm ki, insanlarımıza, dostlarımıza üzləşdiyimiz problemin ciddiliyini tam çatdıra bilməmişik. Yoxsa, xalqımızın fədakarlığa hazır olduğuna şübhəm yoxdur. Elə dünən “facebook”da bir yoldaşın mənə yazdığı məktub buna bariz nümunədir. Indi o məktubu oxuyacaqsınız və elə mənim qədər fərəhlənəcəksiniz:
“Salam Natiq. Bu mesajı yazıram, ona görə ki, ”Azərbaycan saatı”nın taleyi məni çox narahat edir. Ötən həftə ata-anam Goranboydan qonaq gəldilər bizə. Əvvəllər mən onlara ölkə barədə məlumat verirdim. Indi məlum oldu ki, “Azərbaycan saatı”nın sayəsində artıq onlara məlumat verməyə ehtiyac yoxdur. “Azərbaycan saatı” geniş olaraq izlənilir və orada gedən xəbərlər ertəsi gün demək olar ki, ümumxalq müzakirəsinə çıxarılır. Mənim fikrimcə, bu gün və gələcək günlərdə bu ölkənin taleyi üçün “Azərbaycan saatı”ndan vacib bir şey yoxdur. Şəxsən mən hər ay bu proqrama 100 dollar yardım etməyi öhdəmə götürürəm. Imkanım olsa, onu tam maliyyələşdirərəm, amma təəssüf. Birinci gün həmin bank hesabına 100 dollar köçürəcəm”.
Xülasə, aşağıda gördüyünüz bank hesabıdır:
IBAN: TR840006400000242992350181
swift kodu: ISBKTRIS
Türkiye Iş Bankası
Dollar Hesabı
Aydın Taş adına
“Azərbaycan saatı” Ilham Əliyevin qoluna taxdığı bahalı saat deyil. O, Azərbaycanı tarixi inkişafdan saxlayan, ölkədə gerçək zaman axınını dayandırmaq istəyənləri ifşa edən bir SAAT-dır. Onu dayanmağa qoymayaq!