Azərbaycanda nazir və deputatlar kimlərlə qudadır?
Son zamanlar məmurların adları mətbuatın gündəmində müxtəlif xəbərlərdə hallanır. Ən maraqlısı isə məmur və deputatların bir-birilə quda və ya qohum olması haqda xəbərlərdir. Bu günlərdə belə bir xəbər yayıldı ki, Gəncənin icra başçısı Elmar Vəliyev Baş Prokurorluğun idarə rəisi Əzizağa Həsənovla quda olur.
Modern.az saytı bu xəbərdən sonra Azərbaycanda hansı məmurların bir-birilə qohum olduğunu araşdırıb?
Başlayaq elə bu xəbərdən ki, Elmar Vəliyev Əzizağa Həsənovun qızını oğluna alıb. Ə.Həsənov Salyan rayonundandır və qardaşı Hüseynağa Həsənov bu rayonda Mərkəzi Xəstəxananın baş həkimidir.
Elmar Vəliyevin qardaşıÿ Şahmar Vəliyevinÿisə Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubovlaÿqohum olduğu deyilir.
Mətbuatda adı tez-tez hallanan nəqliyyat naziri Ziya Məmmədovÿ da oğlu üçün məmur qızına elçi düşənlərdəndir. Bir müddət əvvəl toyu olan Anar Məmmədov Hesablama Palatasının sədri Heydər Əsədovun qızı ilə ailə qurub.
Ziya Məmmədovun o biri qudası isə keçmiş baş hərbi komissar, Salyanın keçmiş icra başçısı, deputat Əliağa Hüseynovdur. Nəqliyyat nazirinin qızı Nigar xanım onun oğlu ilə ailə qurub.
Nəqliyyat naziri həm də deputat Sabir Rüstəmxanlı ilə qohumdur. Sabir Rüstəmxanlının oğlu Cəmil bu yaxınlarda Ziya Məmmədovun qardaşı Ildırım Məmmədovun qızı ilə evlənib.
Analoji qohumluq münasibəti təhsil nazir Misir Mərdanovla bir sıra siyasi məhkəmə proseslərini aparmış məşhur hakim Mənsur Ibayev arasında da var. Ibayevin oğlu – Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin müstəntiqi olan Pərviz Ibayev Mərdanovun qızı ilə evlidir.
Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, qətlə yetirilmiş general Rail Rzayev də Əliağa Hüseynovun qardaşıyla qudadır.
Məşhur qudalar arasında sabiq səhiyyə naziri Əli Insanovla Bakı şəhər Baş Polis Idarəsinin keçmiş rəisi, hazırda isə Prezident Administrasiyasında şöbə müdiri vəzifəsini tutan Məhərrəm Əliyev də var. Məhərrəm Əliyevin oğlu sabiq nazirin qızıyla evlənib.
Daxili işlər naziri Ramil Usubovun qudalarından biri isə Xətai rayonunun prokuroruÿ Yusif Ildırımzadədir.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da qudalarından biri kifayət qədər yüksək vəzifə sahibidir. O, kiçik oğlu Nicat Heydərova Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızını gəlin gətirib.
Ötən il övladlarına toy eləyib qohum olan məşhur qudalar arasında milli təhlükəsizlik naziri Eldar Mahmudovla Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev də var. Nazirin oğlu bankirin qızıyla ailə qurub.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Həmkarlar Ittifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyevlə qudadır.
Milli Məclisin sədri Oqtay Əsədovun qudası isə Samux rayon Icra Hakimiyyətinin başçısı Alı Qocayevdir.
Qafqaz Müsəlmanları Idarəsinin sədri Allahşükür Paşazadənin qudaları da məşhur simalardır. Onlardan biri də Milli Məclisin deputatı Qalib Salahzadədir.
Baş prokurorun birinci müavini Rüstəm Usubovla müdafiə sənayesi naziri Yavər Camalovu da qudaqlıq münasibətləri bağlayır. Rüstəm Usubovun qızı Yavər Camalovun oğlu ilə ailə qurub.
***
Azərbaycan məmurlarının vəzifəli şəxslərlə qohum olması yalnız ölkə daxili ilə məhdudlaşmır.
Nəqliyyat nazirinin müavini Musa Pənahovun qudası Moldovanın keçmiş prezidenti Vladimir Voronindir. Nazir müavininin oğlu Voroninin nəvəsilə evlənib.
Son günlər adı mətbuatdan düşməyən əmək və əhalinin sosial müdafiəsi naziriÿ Füzuli Ələkbərov qızlarından birini Rusiya Gömrük Komitəsi sədrinin müavininin oğluna ərə verib. Bu cütlüyün toy mərasimi isə Yunanıstanın paytaxtı Afinanın ən bahalı otellərindən birində təşkil olunub.
***
Yüksək postlarda qərarlaşan bir çox məmurlarÿda var ki, bir-birilə quda olmasalar da, digər qohumluq əlaqələri var. Məsələn, Binəqədi rayonunun icra başçısı Xaləddin Isgəndərov vergilər naziri Fazil Məmmədovun bacısının həyat yoldaşıdır.
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin də sözügedən qohumluq münasibətlərində olduğu bəllidir.
Tovuz rayonunun sabiq icra başçısı, hazırda Dövlət Statistika Komitəsi sədrinin birinci müavini olan Həmid Bağırov Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovun qaynıdır.
P.S. Təqdim olunanlar hakimiyyətdəki qudalar və digər qohumların çox kiçik bir hissəsi idi…