Hakimiyyətin icazəli tənqid taktikası

prez aparatTelekanal rəhbərləri administrasiyaya çağırılıb təlimatlandırıldı

Ölkə başçısı Ilham Əliyevin son müşavirəsindən sonra telekanalların rəhbərləri Prezident Administrasiyasına (PA) çağırılıb. Bu barədə qəzetimizə etibarlı mənbə məlumat verib. Mənbə bildirib ki, PA-da telekanal rəhbərlərinə bildirilib ki, artıq tənqidlə bağlı telekanallara qoyulan qadağa qismən aradan götürülür. Bundan sonra az da olsa tənqidə yer verilməlidir.
Xırda məmurların qanunsuz əməlləri, vətəndaşların kiçik problemləri televiziyalarda işıqlandırılmalıdır.
Mənbə əlavə edib ki, bu, ölkədə vəziyyətin gərginləşdiyindən narahat olan hökumətin imitasiya planının tərkib hissəsidir və güman ki, seçkiyə qədər davam edəcək.