QOÇ
Yarımçıq qalmış işlərinizi tamamlayın. Son günlər bu gün edilməsi gərəkən işləri sabaha qoyursunuz. Səhərisi gün isə gərginlikdən yorulduğunuzu dilə gətirirsiniz. Gündəlik iş qrafikinizi düzgün təyin edin ki, sonra peşman olmayasınız.
BUĞA
Ailəyə, uşaqlarınıza qarşı diqqətli olun. Onların arzu və təkliflərini nəzərə alın. Bürcün subay nümayəndələrini isə yeni tanışlıq gözləyir. Yeni münasibətin romnatik səpgidə inkişaf edib-etməyəcəyi isə yalnız sizə bağlıdır.
ƏKIZLƏR
Xəyallar qanadından real aləmə düşməyiniz məsləhətdir. Bütün günü mənasız yerə fikirləşməkdənsə, nəyi necə edəcəyiniz barədə düşünün. Lazım gələrsə yaxınlarınızdan, dost-tanışdan kömək də istəyə bilərsiniz. Müraciət edəcəyiniz adamlar sizə yardım etmək üçün əlindən gələni edəcək.
XƏRÇƏNG
Gözəllik salonunu ziyarət etmək, imic dəyişikliyi etmək üçün münasib gündür. Yaxşı olar ki, qarderobunuza da nəzər yetirəsiniz. Yeni qiyafət sizin əhvalınızı da yüksəldəcək. Bu səbəbdən alış-verişə çıxmaq olar.
ŞIR
Gündəlik iş rasionunuz yorucudur. Ancaq siz fəxr edin ki, bu yükün altından heç kim çıxa bilmədiyi halda siz bunu bacarırsınız. Gərginliyi atmaq üçün həftə sonu istirahət edin, enerji toplayın. Ürəyiniz istəyən məşğuliyyətlə bazar gününü keçirmək fiziki yorğunluğunuzu atmağa kömək olacaq.
QIZ
Başınızı gündəlik işlər elə qarışdırıb ki, ətrafda baş verənlərdən belə xəbərsizsiniz. Ünsiyyətcil olun, yaxın ətrafınızla əlaqənizi möhkəmlədin. Bu, zehni yorğunluğunuzu atmağa kömək edər. Qeyri-rəsmi söhbətlər, dostlarla görüş ürəyinizcə olacaq.
TƏRƏZI
Səbirsizliklə üzərinizdəki yükün aradan qalxmasını gözləyirsiniz. Ulduzlar səbrli olmağa çağırır. Nəzərinizdə tutduğunuz işin bu tezlikdə tamamlanması heç də fayda verməyə bilər. Xırda işlərlə məşğul olun, onda zamanın keçdiyinin fərqində olmayacaqsınız.
ƏQRƏB
Mütaliə etmək, uşaqların təhsili ilə maraqlanmaq baxımından əlverişli gündür. Öz işlərinizi tamamlayan kimi övladlarınıza da zaman ayırın. Bu ərəfədə qonaq qarşılamaq yerinə düşməz. Subay “Əqrəb”ləri isə maraqlı gün gözləyir.
OXATAN
Ətrafda gəzən söz-söhbətə yerli-yersiz müdaxilə etməyin. Öz işinizlə məşğul olun ki, söhbətlərin bir ucu sizə bağlanmasın. Müdriyyətin işinizi dəyərləndirməsini istəyirsinizsə, onda işinizə yeni keyfiyyətlər qatın.
OĞLAQ
Borclarınızı qaytarın. Özünüz isə bir balaca qənaətcil olun. Gündəlik xərcləmələrinizə diqqət yetirin, görün harada nəyi səhv edirsiniz. Büdcənizin sabit qalmasını istəyirsinizsə, onda ən yaxın adamınıza bu işi həvalə edin. Onun məsləhətinə qulaq asın.
DOLÇA
Bahalı alış-veriş keçir könlünüzdən. Bu isə indiki durumuza görə münasib deyil. Vacib olanları almaqla kifayətlənmək lazımdır. Əks halda ailə üzvlərinin etiraz reaksiyasıyla qarşılaşacaqsıınız.
BALIQLAR
Bir işi tamamlamamış digərinə keçməyin. Belə addımla yaxınlarınızı da qıcıqlandırırsınız. Tənbeh olunmaqdan zəhləniz gedir. Yaxşı olar ki, son günlərdə nə qədər yarımçıq iş qoyduğunuzu gözünüzün qabağına gətirəsiniz.

Günün ulduz falı (16.02.2013)
•