AXCP sədri Əli Kərimli fevralın 14-də REAL-ın Məclis sədri Erkin Qədirli və icra katibi Natiq Cəfərli ilə görüşüb. Görüş təşkilatın qərargahında olub. Bu barədə Əli Kərimli özünün Facebook səhifəsində məlumat paylaşıb.
AXCP sədri yazıb ki, REAL-ın qərargahına getməkdə məqsədi təşkilatın qanunsuz həbs olunmuş sədri İlqar Məmmədova və bütövlükdə təşkilata öz mənəvi-siyasi dəstəyini ifadə etmək olub.
“İndi artıq dövlət rəsmiləri də etiraf edir ki, İsmayıllıda baş verənlərə görə yerli icra hakimiyyəti məsuliyyət daşıyır. Bu halda İlqar Məmmədovun, Tofiq Yaqublunun və digər İsmayıllı məhbuslarının həbsdə saxlanılması absurddur.
Çay süfrəsi arxasında müxalifətin daha geniş çevrəsinin əməkdaşlığına necə nail olmaq mövzusunda da pozitiv müzakirələrimiz oldu. Sonda razılaşdıq ki, müzakirə və təmaslarımız davamlı olsun”, – deyə AXCP sədri yazıb.
Əli Kərimli REAL rəhbərliyi ilə görüşüb
•
•


