Avropalı diplomatlar Naxçıvanda

Fevralın 14-də Avropa İttifaqının Azərbaycan ofisinin, Avropa İttivaqına daxil olan Almaniya,Çexiya, Latviya, litva, Polşa, Avstriya, Belçika, Macarıstan, Britaniya və İsveçrə dövlətlərinin Azərbaycandakı  səfir və nümayəndələrindən ibarət böyük bir diplomat heyyəti 2 günlük Naxçıvana səfər edib. Qonaqlar MR Ədliyyə Nazirliyində, MR DİN-də və Naxçıvan Dövlət Gömrük Komitəsində görüşlər keçiriblər. Sonra qonaqlar Naxçıvan Resurs Mərkəzində olaraq hüquq müdafiəçiləri Məlahət Nəsibova, Elman Abbasov, Həkimeldostu Mehdiyev və İlqar Nəsibovla görüşüblər. Görüşdə muxtar respublikadakı vətəndaş cəmiyyətinin, insan haqlarının vəziyyəti, sahibkarların həbsi və digər məsələlər müzakirə olunub. Həmçinin qonaqlar həbs olunan sahibkarlar Məmməd Qurbanov və Nadir Məmmədovun ailə üzvülərilədə görüşərək, onları dinləyiblər. Bu gün (15.02.2013) nümayəndə heyyətinin bir neçə dövlət orqanı və Ali Məclisin sədri Vasif Talıbovla görüşü gözlənilir.

Səfirlərin həbsdə olan sahibkarlar Məmməd Qurbanov və Nadir Məmmədovla görüşmək üçün Naxçıvan MR Ədliyyə Nazirliyinədə  müraciət edikləri bildirilir.

Elman Abbasov