Ramiz Mehdiyevin yoxluğu məmurları şoka salıb

ramiz mehdiyevƏliyevin son müşavirəsində PA rəhbərinin olmaması müxtəlif mülahizələrə yol açıb

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin ölkə başçısı Ilham Əliyevin keçirdiyi son müşavirədə görünməməsi bir sıra mülahizələrə yol açıb. Doğrudur, müşavirədən sonra Ramiz Mehdiyevin məzuniyyətdə olduğu bildirildi. PA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, Ramiz Mehdiyev fevralın 15-də məzuniyyətdən qayıdacaq.
Lakin bu hakimiyyətin siyasi xəttini yönətən bir şəxsin mühüm bir tədbirdə iştirak etməməsinin gerçək səbəblərini gizləməyə hesablanmış cəhd kimi dəyərləndirilir. Məlumatlara görə, hətta müşavirə iştirakçıları PA rəhbərini tədbirə qatılmamasını heyrətlə qarşılayıb. Bu baxımdan ehtimal olunur ki, Ramiz Mehdiyevin tədbirə qatılmaması hakimiyyət daxilində gedən ziddiyyətlərlə əlaqədardır.

Yada salaq ki, Elşad Abdullayevin məlum videolarından sonra əks qruplaşmanın – Paşayevlərin PA rəhbərinə qarşı hücumları güclənib. Və Ramiz Mehdiyevin rəqiblərini onun istefasını gündəmə gətiriblər. Bəzi iddialara görə, hətta ölkə başçısı Ilham Əliyev özü də şəxsən istefa məsələsini Ramiz Mehdiyevlə müzakirə edib. Lakin PA rəhbəri istefaya razılıq verməyib. Bu baxımdan belə mülahizələr səslənir ki, Ramiz Mehdiyev artıq hücumlar qarşısında duruş gətirə bilməyərək kölgəyə çəkilib və yaxın vaxtlarda o, istefaya göndərilə bilər.
Başqa versiyalara görə, Ramiz Mehdiyev səhhətilə ilə əlaqədar ölkəni tərk edib. Xatırladaq ki, hələ bir müddət əvvəl PA rəhbəri səhhətində ciddi problem yaranması üzündən Almaniyaya oradan isə ABŞ-a getmişdi. PA rəhbərinin müalicəyə getməsi rəsmi şəkildə təsdiqlənmişdi. Bu baxımdan onun yoxluğunu müalicəyə getməsilə də əlaqələndirənlər var.