Güləş Olimpiya Oyunları siyahısından çıxarıldı

Beynəlxalq Olipmiya Komitəsi fevralın 12-də 2020-ci il Yay Olimpiya Oyunlarına daxil edilən idman növlərinin siyahısını açıqlayıb. Bəlli olub ki, 2020-ci il Olimpiadası 25 idman növü üzrə keçiriləcək. Qəbul olunmuş qərar bəzi ölkələr, o cümlədən Azərbaycan üçün ürəkaçan deyil. Belə ki, yarışların siyahısında güləş idman növü yoxdur.
Bir sıra ölkələr, o cümlədən Azərbaycan Olimpiya yarışlarında güləş üzrə daha yaxşı nəticələrə və medallara ümid bəsləyir. Xatırladaq ki, 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında Azərbaycana iki qızıl medalı məhz güləşçilərimiz gətirmişdi. Bu baxımdan qəbul olunmuş qərar Azərbaycan üçün heç də ürəkaçan deyil.