Aksiyada iştiraka görə ona 6 ay iş verdilər
12 yanvar “Əsgər ölümlərinə son!” və 26 yanvar “Silahları üstümüzdən çəkin!” Ismayıllıya dəstək aksiyasında saxlanılan AXCP Nizami Rayon Gənclər Komitəsinin sədri, bloger Tural Həsənzadənin qardaşı Toğrul Həsənzadənin bildirdiyinə görə, o sırf, siyasi aksiyaya çıxdığı üçün məhkəmə ona 6 ay 11 gün həbs cəzası verib.
“Düzdür, əvvəllər üzərində məhkumluğu olub. Amma ağır xəstəlikdən (Hepatit C) əziyyət çəkdiyi üçün azdlığa buraxılıb. 12 yanvar aksiyasında saxlanılmışdı və məhkəmə onu 600 AZN cərimələmişdi. 26 yanvar aksiyasında isə polis idarəsində vəziyyəti pisləşdiyi üçün hamıdan əvvəl azad olunmuşdu. Xəstəliyinin ağır olmasına və heç bir cinayət törətməməsinə baxmayaraq onu idarəyə çağırıb və məhkəməyə çıxarıblar. Məhkəmə Turalın əvvəldən qalan məhkumluğunun tamamlamasına qərar verib. Yəni 6 ay 11 gün həbsdə olacaq. Indi Şüvəlan həbxanasında saxlanılır. Bu, onun həyatını çox böyük riskə atır”.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı isə öz “Facebook” səhifəsində T.Həsənzadə ilə bağlı bunları yazıb.
“26 yanvar Ismayıllılara dəstək aksiyasındaÿTural Həsənzadəÿhəbs olundu. Hələ də həbsdədir. Turalın üzərində cinayət işi var idi, aksiyaya çıxmamalı idi. Tural nə etdi? Tural vətəndaş itaətsizliyi etdi, qərarla razılaşmadı, ləyaqət naminə aksiyaya çıxdı. Mən ona deyirdim ki, çıxma aksiyaya. O çıxdı. Sadəcə, barışmadığı üçün çıxdı. Satqın, yaramaz rejimə etiraz üçün çıxdı. Guya o bilmirdi ki, həbs oluna bilər? Ləyaqət, vicdan hissi, barışmazlığı ona evdə oturmağa imkan vermədi.
Bu rejimi vecinə almamaq Turalın etdiyi kimi olur.ÿ
Indi ondan müqayisəolunmaz dərəcədə təhlükəsiz durumda olan mən, Əbülfəz Qurbanlı, AXCP Gənclər Komitəsinin sədri niyə cəriməni ödəməliyəm? Ödəmirəm, bu qərar qəbul olunub!
Tural Həsənzadə siyasi məhbusdur, O ən yaxşı şəxsi nümunədir, mənim üçün ən ibrətamiz nümunədir!”.
Bəyim Həsənli