Əli Kərimli Qənimət Zahidi təbrik etdi

AXCP sədri Əli Kərimli “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

“Bu gün Azərbaycan mediasının həqiqi kapitanlarından biri, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin 50 yaşı tamam olur.
Qənimət  Zahidlə tanışlığımız Azərbaycan  milli azadlıq hərəkatının başlanğıc illərinə qədər uzanır. Bütün dövrlərdə həm parlaq qələmi, həm də əvəzsiz vətəndaş mövqeyi ilə öz müasirlərinə nümunə ola bilməyi bacaran  Qənimət Zahid istər Azərbaycanın müstəqilliyini qazanması prosesində, istərsə də müstəqil Azərbaycanda demokratiyanın , ədalətli bir cəmiyyətin yaranması uğrunda mübarizədə əvəzsiz rol oynayıb və oynamaqdadır.
Azərbaycan insanına düşmən kəsilən, sərvətlərinə sahib çıxan Əliyevlər hakimiyyətinin zindanından alnı açıq çıxmış Qənimət bəy, həm də  Azərbaycan insanını informasiya blokadasından çıxaran televiziya proqramının yaradıcısı kimi müasir tariximizin ilk addımını atdı.   
Hörmətli Qənimət bəy, sizin kimi bir dosta və cəbhədaşa sahib olmaq doğrudan da qürurvericidir. Bir daha sizi 50 illik yubleyiniz münasibətilə təbrik edir, demokratik, firavan və bütöv Azərbaycan quruculuğu yolunda uğurlar, ailə həyatınızda xoşbəxtlik arzulayıram”.