Rauf Arifoğlu: «O, prokurorluğun apardığı istintaqı ifşa etmişdi»
“Yeni Müsavat” qəzetinin şərhçisi Tofiq Yaqublu ittihamların heç bir bəndi üzrə günahkar deyil”. Qəzetin baş redaktoru Rauf Arifoğlu “Obyektiv TV”yə müsahibəsində belə deyib.
Onun sözlərinə görə, T.Yaqublu İsmayıllıda iğtişaşlar başlayandan, polis kordonu yeridildikdən 10 saat sonra ora gedib. O və Anar adlı operator şəxsiyyət vəsiqəsini təqdim edərək polisin əhatəsindən keçiblər, lakin tezliklə onları saxlayıblar. Qəzetin redaktoru rayon polis rəhbərliyi ilə əlaqə saxladıqdan sonra onları buraxıblar.
İki gündən sonra (4 fevral) T.Yaqublu REAL hərəkatının lideri İlqar Məmmədovla birlikdə həbs olunublar. Onlar ictimai asayişin pozulmasında və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunublar. T.Yaqublunun polislə söhbətinin videoyazısında, saxlanma anı da daxil olmaqla, heç mübahisə də etməir, halbuki, narazılıq edərək polisin onun xidməti ezamiyyətinə mane olduğunu bildirə bilərdi.
Baş redaktor hakimiyyətin bu cür amansızlığını onunla izah edir ki, T.Yaqublu Gürcüstanın Şulaver kəndinə gedərək Mardun Qumaşyandan müsahibə götürən yeganə reportyordur. Belə ki, Azərbaycan hakimiyyəti Qumaşyanı 2009-cu il aprelin 30-da Neft Akademiyasında terrorun təşkilində ittiham edib. Çörəkçi Qumaşyanın evində olan reportyor isə “Azərbaycan hakimiyyəti tərəfindən axtarışda olan terrorçu”nun həyat tərzini təsvir edib və belə nəticəyə gəlib ki, o, normal zəhmətkeş adamdır və heç kim onu axtarmır. İnterpoldan T.Yaqublunun sorğusuna cavab olaraq bildiriblər ki, onların kartotekasında adı çəkilən “terrorçu” yoxdur.
Baş redaktor hesab edir ki, prokurorluğun T.Yaqubluya məhz buna görə qəzəbi tutub ki, o, istintaqın bu mifini ifşa edib.
“Bir neçə gündür baş prokurorun qəbuluna düşməyə çalışıram ki, istintaq çərçivəsində T.Yaqubluya qarşı həbs qətimkan tədbirini dəyişsinlər. Bu ailənin iki üzvü müxtəlif maddələrlə istintaq altındadır və bu da əsassız qisas kimi qiymətləndirilir”, – deyə baş redaktor bildirib.
Redaksiya müvafiq xahişlərlə Mətbuat Şurasına, prokurorluğa, dövlət başçısının Administrasiyasına müraciət edib, lakin faydası olmayıb.
R.Arifoğlu xatırladıb ki, seçkilərə yarım il qalmış artıq “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin aparıcı əməkdaşları prokurorluğa çağırılır, onlara siyasi rəhbərliklə bağlı kəskin materialların, rəylərin yolverilməz olması barədə xəbərdarlıqlar olunur.
Onun fikrincə, indiki seçkilər daha da maraqlı olacaq. İlk dəfə olaraq kütləvi narazılıqların aparıcı partiyalar tərəfindən təhrik edilmədən spontan baş verməsi tendensiyası müşahidə olunur. Cəmiyyət məlum təbəqələşmədən, harınlamış məmurlardan narazıdır. Hakimiyyət idarəetmə metodunu dəyişməlidir, əks halda daha ağır nəticələri müşahidə etməli olacağıq.


