Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovla bağlı şok xəbər var. Gunxeber.com-a bu barədə Hollandiyada yaşayan “Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri Elman Mustafazadə məlumat verib. Onun sözlərinə görə, bir neçə il əvvəl T.Heydərovu Avropada oğurlamaq istəyiblər. E.Mustafazadə hadisənin təfərrüatını belə nəql edir:
“Təxminən 2-3 il əvvəl Taleh Heydərovun Belçikada oğurlanması üçün böyük əməliyyat qurulmuşdu. Bir söhbət əsnasında mən bu barədə məlumat aldım və məsələyə müdaxilə etdim. Burdakı alban və İraq mafiyası bəzi “azərbaycanlılar”ın “tuşutma”sı ilə Taleh Heydərovu oğurlayaraq külli-miqdarda pul tələb etməliydilər”.
E.Mustafazadənin sözlərinə görə, o, bu məlumatı Azərbaycanın Belçikadakı səfirliyində çalışan bir nəfərə ötürüb. Bundan sonra Taleh Heydərovun təhlükəsizliyi çox yüksək səviyyədə təmin olunub və onun oğurlanması əməliyyatı baş tutmayıb.
Həmin vaxt Taleh Heydərov Britaniyadan Belçikada keçirilən foruma gəlibmiş.
E.Mustafazadə Taleh Heydərovun oğurlanması planı haqda bildiyi məlumatların təfərrüatını açıqlamağa hazır olduğunu və planını pozduğu qüvvələrin indi də onunla düşmənçilik apardığını bildirib.


