Emma Ələkbərzadə ərə getdi (FOTOLAR)

Ötən gün Azərbaycan müğənnilərindən biri Emma Ələkbərzadənin toyu olub. Toy “Cıdır” restoranında keçirilib. Qonaqları gəlin və bəy özləri qarşılayıb, gəlinin bacısı Sevda Ələkbərzadə isə masalara müşaiyət edib (press24).
Dəvətlilər içərisində Zülfiyyə Xanbabayeva, İlhamə Quliyeva, Roza Zərgərli, Məryəm Süleymanova, Şeron qrupu, Zaur Əmiraslanov, Kamilə Babayeva, Lənkəran nənələri, “Avroviziya-2012″nin qalibi Elnur və başqa tanınmışlar olub.
Bəylə gəlin üçün ayrıca masa ayrılmayıb. Onlar qonaqlarla bir masada oturub.
Şənliyi məşhur aparıcılar Kamilə və Xədicə idarə edib.
Toyun ən yaddaqalan məqamı Emmanın gəlinlik ayaqqabısına məclisdəki subay qızların hamısının adının yazılması oldu. Bu adların içərisində birinci müğənninin bacısı Sevda Ələkbərzadənin adı yazıldı.