Bakı Dövlət Sosial Iqtisad Kollecində ötən gün əməliyyat tədbiri keçirilib. “Azadlıq”a məlumat verən qaynağın sözlərinə görə, əyinlərində “Korrupsiyaya Qarşı Mübarizə Idarəsi” yazılmış formada bir neçə şəxs kollecin binasına daxil olaraq yoxlamalara başlayıb:
“Qapıları bağlayaraq gözətçi və sıravi müəllimləri yoxlanışdan sonra sərbəst buraxıblar. Direktor, onun müavinləri, şöbə müdirləri (dekanlar) axşam saatlarına qədər kollecdə saxlanılıb. Əməliyyat tədbiri nəticəsində kollecin sənədləri və seyfləri götürülüb”.
Məlumatı verən şəxs deyir ki, yoxlamalar hansısa şikayətin əsasında olub: “Ancaq bu şikayətin nədən ibarət olduğunu heç kimə deməyiblər. Direktor Mübariz Mahmudov 20 ildir burada işləyir. Dəfələrlə onunla bağlı yuxarı instansiyalara şikayət edilib. Ancaq heç bir nəticəsi olmayıb. Deyəsən, məmurlara indi çatıb ki, bu kollec rüşvət yuvasıdır. Hər il burada oxuyan tələbələrdən 1 milyona yaxın pul toplanır”.
Kollecdə anti- korrupsiya əməliyyatı
•
•


