Azərbaycanın Tehranla gizli əlaqələri haqda Avropada hansı məlumatlar var?
Nüfuzlu Avropa qəzetlərinin birində Azərbaycanla bağlı ilginc araşdırmalar aparılır və bu yaxınlarda həmin araşdırma cəmiyyətə təqdim ediləcək. Əməkdaşımıza sızan xəbərdə bildirirlir ki, araşdırma bu yaxınlarda İrandan Avropaya qaçan bir məlumatlı mənbənin verdiyi informasiyalar əsasında başlanıb. Söhbət blokada altında olan İrana Azərbaycan vasitəsilə göstərilən məxfi yardımdan gedir.
Xəbərdə bildirilir ki, 2008-ci ildən başlayaraq Azərbaycanın çox yüksək rütbəli dövlət məmurları İran hökumətinə və xüsusi xidmət orqanlarına məxsus bank hesablarındakı vəsaitlərin dollar və avro olmaq şərti ilə nəqdləşdirilərək İrana ötürülməsi prosesini həyata keçirib. Bu əməliyyatlar zamanı milyardlarla dollar vəsait xüsusi avtomobillər, bəzən hətta təyyarə ilə Tehrana çatdırılıb. Araşdırma müəllifləri iddia edirlər ki, bu əməliyyatlar zamanı Azerbaycan məmurları həmin vəsaitlərin 10-15 faizi qədər pul qazanıblar.
azadlıq. info


