“Bu işdə siyasi motivli ittihamın bütün göstəriciləri var”
«Human Rights Watch» Azərbaycanda həbslərdən narahatdır. Təşkilatın yaydığı bəyanatda “REAL” hərəkatının lideri İlqar Məmmədov və Müsvat başqanının müavini Tofiq Yaqublu, habelə İsmayıllı hadisələrinə görə saxlanmış Mirkazım Abdullayevlə Elşən İsmayıllı barəsində 2 aylıq həbs-qətiimkan tədbiri seçilməsindən dərin narahatlıq bildirilir.
Təşkilatın Cənubi Qafqaz üzrə nümayəndəsi Georgi Gogia ehtiyat edir ki, ötən ay baş verən bu hadisələrdən hökuməti tənqid edən bu 2 müxalifət təmsilçisini susdurmaq üçün bəhanə kimi istifadə edilə bilər.
Georgi Gogia deyir ki, Azərbaycan hakimiyyəti İlqar Məmmədovla Tofiq Yağublunu azad etməli və ittihamlara əsaslı sübutlar göstərməlidir (“Azadlıq” radiosu).
“Amnesty International” təşkilatı da Azərbaycandakı son həbslərlə bağlı bəyanat yayıb və hakimiyyətdən tələb edib ki, tutulanlar dərhal azad olunsun: “Amnesty İnternational İsmayıllı şəhərində təşkil olunmuş qiyamda müxalifət nümayəndələrinin əli olması ittihamının ləğv edilməsini, prezidentliyə namizəd və müxalifət fəalının dərhal azad edilməsini tələb edir”. Bildirilir ki, qiyam onların – İlqae Məmmədov və Tofiq Yaqublunun İsmayıllıda vəziyyətə nəzarət üçün gəlişindən bir gün öncə başlayıb və onlar getdikdən iki gün sonra da davam edib. Bəyanatda qeyd olunur ki, həbs olunan Tofiq Yaqublu İsmayıllıya jurnalist kimi “Yeni Müsavat” qəzeti tərəfindən göndərilib. İqar Məmmədov isə prezidentliyə namizəddir. Onların heç brinə qarşı iğtişaşlara çağırmq və ya onu təşkil etməsi ilə bağlı sübutlar yoxdur. Təkilat bildirir ki, İsmayıllıda yüzlərlə həbslər həyata keçirilib. Polis etirazşılara qarşı qeyri adekvat gücdən istifadə edib.
“Bu işdə siyasi motivli ittihamın bütün göstəriciləri var” deyən David Diaz-Jogeix (Avropa və Mərkəzi Asiya üzrə Amnesty Internationalın direktor müavini) yekunda bildirib ki, Azərbaycan hökuməti bu ilki prezident seçkiləri öncəsi müxalifətə qarşı getdikcə repressiyaları artırır. Xüsusilə də, Avropa Şurasının Azərbaycanda siyasi məhbuslara dair qətnamənin qəbul edilməməsi Amnesty İnternational olaraq bizi çox narahat edir (Musavat. com).
Bundan əvvəl ABŞ və ATƏT də İlqar Məmmədovla Tofiq Yaqublunun həbsindən narahatlıq bildiriblər.


