QOÇ
Çətin gündür. Çalışın özünüzü sakit aparasınız. Ətrafda baş verən və sizə aidiyyəti olmayan məsələləri analiz etməkdənsə, öz işinizlə məşğul olun. Axşama doğru situasiya dəyişəcək. Fürsətdən istifadə edib yaxınlarınızla narahatçılığınızı bölüşün.
BUĞA
Irəli getmək hissi sizi yeni ideyalardan yapışmağa vadar edir. Ancaq yaxşı olar ki, ilk növbədə yarımçıq qalmış işlərinizi tamamlayasınız. Dostlar dadınıza yetəcək. Birlikdə problemləri yoluna qoymaq daha asan olacaq.
ƏKIZLƏR
Sevdiklərinizə qarşı biganəlik nümayiş etdirirsiniz. Bu da qarşı tərəfi haqlı olaraq sizdən küsdürür. Bir balaca da yaxınlarınızla sevginizi paylaşın. Uşaqlarınızın sizin diqqət və qayğınıza böyük ehtiyacı olduğunu unutmayın.
XƏRÇƏNG
Özünüz zarafatla da olsa istədiklərinizi yeridirsiniz. Amma yaxınlarınız sizə arzu və istəkləri barədə ip ucu verən də kobudluq göstərirsiniz. Təkcə özünüzü fikirləşməyin, onların da xəyal dünyasına girmək haqqı qazanın. Belə rəftarla münasibətləri soyudursunuz.
ŞIR
Daim çalışırsınız, enerjiniz də getdikcə tükənir. Yaxşı olar ki, bir az da itirahətə vaxt ayırasınız. Yaxınlarınızın təşkil edəcəyi şən məclisdə özünüzü rahat hiss edəcəksiniz. Problemlərdən bir anlıq ayrılmaq sizə yaxşı təsir göstərəcək.
QIZ
Ailəli “Qız”ların övladlarının təhsili ilə maraqlanmaq vaxtıdır. Başınız öz işinizə qarışıb, övladlarınızın gələcəyini düşünmək isə heç vaxt gec deyil. Düzdür, siz də onlar üçün çalışırsınız, amma yenə də daha diqqətli olmağın faydasını görərsiniz.
TƏRƏZI
Sanki yol üstündəsiniz. Daima hazırlıqlar görürsünüz. Gözlənilməz qonağa da hazır olun. Yorucu həftə ərzində qonaq qarşılamaq sizi daha da qıcıqlandıracaq. Nə qədər çətin olsa da siz həmişəki kimi bunun da öhdəsindən gələcəksiniz.
ƏQRƏB
Işləriniz qaydasında gedəcək. Çalışın dedi-qodulara əhəmiyyət verməyəsiniz. Sadəcə işinizlə məşğul olmaq baş ucalığı gətirəcək. Ətrafda gəzən söz-söhbət isə vaxtınızı almaqdan başqa bir şey deyil.
OXATAN
Yaxınlarla münasibətlərinizin korlanmamasına fikir verin. Xüsusilə də indiki durumda onların köməyinə ehtiyacınız var. Qarşılıqlı səmimi münasibət ailə-məişət problemlərinin birgə həlli yollarını axtarmaqda kömək ola bilər.
OĞLAQ
Problemlərinizi yavaş-yavaş həll edirsiniz. Amma nəzərə alın ki, sizin yardımınıza ən yaxın adamınızın ehtiyacı var. Yaxşı olar ki, işlərinizi qaydaya salıb, onunla daha yaxından maraqlanasınız. Vaxtında diqqətsizlik göstərməməyiniz onun qəlbini qıra bilər. Sonrakı peşmançılıq isə gec olacaq.
DOLÇA
Dolaşıq vəziyyətdəsiniz. Nəyi, necə etmək lazım olduğunu bilmirsiniz. Dünən verdiyiniz qərara səhərisi gün özünüz şübhə ilə yanaşırsınız. Ətrafdakılara qarşı gah səmimi, gah da qeyri-səmimi münasibət bəsləməklə, onlarda da narahtçılıq yaradacaqsınız.
BALIQLAR
Uğurlu gündür. Plan üzrə hərəkət edəcəksiniz. Bu da tələskənliyə yol vermədən işlərinizin öz axarı ilə davam etməsi deməkdir. Axşam saatlarını evdə, yaxınların ətrafında keçirin. Səhhətinizə qarşı da diqqətli olun, yoluxucu xəstəliyə tutulma təhlükəsi var.

Günün ulduz falı (08.01.2013)
•