İbrahimbəyovla bağlı yeni bəyanat

Bir qrup hüquq müdafiəçisi, ictimai fəal və sənət adamı Azərbaycan Kinematoqrafçılar İttifaqına və onun sədri Rüstəm İbrahimbəyova təzyiqi pisləyən bəyanat yayıb. Bəyanatda deyilir ki, İbrahimbəyov bir neçə ildir Azərbaycanın ən tanınmış ziyalılarından biri kimi hakimiyyətin yürütdüyü siyasəti və məmurların fəaliyyətini tənqid edir, son dövrlərdə bu tənqidlər bir az da kəskinləşib və artıb: “Məhz tənqidlərin artması və xüsusilə seçkilərlə bağlı açıqlamaların verilməsi nəticəsində ona və onun rəhbərlik etdiyi vətəndaş cəmiyyəti təşkilatına basqılar da genişlənib.

Biz bəyan edirik ki, Kinematoqrafçılar İttifaqına açılan cinayət işi və ittifaqın ofisdən çıxarılması, o cümlədən İbrahimbəyovun özünə qarşı yönəlmiş addımlar  qanunsuzdur və birbaşa olaraq İbrahimbəyovun tənqidi fikirləri ilə bağlıdır. Hesab edirik ki, Azərbaycan hakimiyyəti onu tənqid edən səsləri boğmamalı, əksinə, tənqidlərdən nəticə çıxarmalıdır.

Biz Azərbaycan hakimiyyətindən Kinematoqrafçılar İttifaqına və onun sədrinə təzyiqlərə son qoymağı, ölkə konstitusiyasında və Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdə təsbit edilmiş birləşmək və ifadə azadlıqlarına hörmət etməyi tələb edirik”.

Bəyanatı bu şəxslər imzalayıb:

Rəşid Hacılı, Media Hüquqları İnstitutu

Rəsul Cəfərov, İnsan Hüquqları Klubu

Leyla Əliyeva, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi

Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi

İlqar İbrahimoğlu, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi

Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi

İradə Cavadova, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi

Ziya Quliyev, Hüquqi Təşəbbüslər Mərkəzi

İntiqam Əliyev, Hüquq Maarifçiliyi Cəmiyyəti

Leyla Yunus, Sülh və Demokratiya İnstitutu

Firudin Allahverdi, bəstəkar

Elmir Mirzəyev, bəstəkar

Rəhman Bədəlov, kulturoloq

Zəfər Quliyev, politoloq

Camal Əli, musiqiçi

Gündüz Ağayev, karikaturaçı

Tora Ağabəyova, rəssam

Tural Hacı, foto/video qrafikaçı

Aynur Zərrintac, bloqçu

İlkin Qəmbər, “Minval.az” portalının baş redaktoru.