Uzun illər Gəncə Səhiyyə İdarəsinə rəhbərlik edən Mehman Rzayev yanvarın 4-də vəzifəsindən azad olunub. Sabiq icra başçısı Eldar Əzizovun kadrı olan Mehman Rzayevi A.Səhhət adına 1 saylı şəhər xəstəxanasının baş həkimi Nazim Əhmədov əvəzləyib. Gəncə səhiyyəsinin yeni rəhbəri Nizami rayon Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdri Nizami Əhmədovun qardaşıdır.
Sabiq idarə rəisi Mehman Rzayev isə səhiyyə naziri Oqtay Şirəliyevlə kirvədir və qəribədir ki, bu əlaqə vəzifəsində qalmaq üçün ona kömək etməyib. Bəzi mülahizələrə görə, Mehman Rzayevi hətta səhiyyə naziri ilə qohumluğunun da xilas edə bilməməsinə səbəb onun Gəncədə şəkərli diabet xəstələri üçün Maliyyə Nazirliyinin ayırdığı külli miqdarda vəsaitin istiqaməti üzrə xərclənməməsidir.
Daxil olan başqa məlumata görə isə icra başçısı Gəncənin səhiyyə müəsissələrində “perepiska” ilə külli miqdarda israfçılığa yol verildiyi, səhiyyə sisteminin iflic vəziyyətinə salındığı qərarına gəlib.
Ərşad