“Real”ın forvardı Kriştianu Ronaldo karyerasında ilk avtoqola imza atıb. Bununla da Madrid komandası İspaniya çempionatının autsayderi “Qranada”ya uduzub. Qranadada “Los-Karmenes” stadionunda keçirilən matç 1:0 ev sahibinin hesabına yekunlaşıb. Belə ki, oyunun 22-ci dəqiqəsində K. Ronaldo başı ilə öz qapılarına qol vurub.
Bununla da, Real 22 oyundan sonra 43 balla turnir cədvəlinin 3-cü pilləsində qalıb. O, “Barselona”dan 15 xalla geri qalır. “Qranada” isə 23 bal toplayaraq 16-cı yerə yüksələ bilib.