Azərbaycan yenə qara siyahıda

“Human Rights Watch” illik hesabatını açıqladı

“Azərbaycanda işgəncə və pis rəftar cəzasızlıq mühitində davam etməkdədir”

Human Rights Watch təşkilatı 2012-ci ildə dünyada insan hüquqlarının vəziyyəti haqqında illik hesabatını açıqlayıb. Azərbaycana həsr edilmiş hissədə deyilir ki, siyasi fəallar, müstəqil və müxalif jurnalistlər üçün mühit açıq-aşkar ədavətli olub. Hakimiyyət siyasi qisas aləti kimi həbslərdən istifadə edib və dinc nümayişləri zorla dağıdıb.
Hesabatda “Azadlıq” qəzetinin yüksək məhkəmə cərimələri ilə sıxışdırılmasından danışılır. Çoxlu məhkəmə cərimələri səbəbindən qəzet çapını dayandırmaq təhlükəsilə üzləşib.
Hökumət toplaşmaq azadlığını məhdudlaşdıraraq, dinc etirazları dağıdıb, bəzən isə bunun üçün güc tətbiq edib, iştirakçıları həbs edib.
Mayda “Eurovision” müsabiqəsi ərəfəsində və müsabiqə zamanı polis Bakının mərkəzində bir neçə aksiyanı dağıdıb. Onlarla dinc nümayişçi döyülərək, avtobuslara doldurulub.
Noyabrda parlament icazəsiz etirazların təşkilinə və onlarda iştiraka görə sanksiyaları sərtləşdirərək, müvafiq olaraq 3 min manat və 1 min manat məbləğində cərimələr tətbiq edib.
Siyasi motivli ittihamlarla azadlıqdan məhrumetmə problemi qalmaqdadır. Avropa Şurası Parlament Assambleyasının komitələrindən birinin iyun məruzəsində Azərbaycanda 89 siyasi məhbus olması haqqında məlumat yer alıb.
Bu məruzə yayılmazdan bilavasitə əvvəl 9 nəfər prezidentin əvf fərmanı ilə azad edilib.
Işgəncə və pis rəftar cəzasızlıq mühitində davam etməkdədir. 2012-ci ildə saxlanma məntəqələrində 2 adam ölüb. Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin verdiyi məlumata görə 2012-ci ilin ilk səkkiz ayında həbsxanalarda pis rəftar iddiası ilə bağlı təşkilata 136 şikayət ərizəsi daxil olub.
2008-ci ildən başlayaraq paytaxt Bakı şəhərinin yenidən qurulması ilə bağlı geniş proqramın icrasına başlamışdır.
Bu proqramın icrası donəmində, hökumət yüzlərlə mülkü, xususilə orta sinfin məskunlaşdığı ərazilərdəki bina və evləri qanunsuz olaraq məcburi şəkildə özgəninkiləşdirərək, o ərazilərdə parklar, yollar, ticarət mərkəzi və təmtəraqlı yaşayış binaları tikmək məqsədiylə uçurmuşdur.
Evlərindən məcburi olaraq çıxarılan insanların aldıqları kompensasiya bir çox hallarda mövcud bazar qiymətindən çox aşağı olmuşdur. 2012-cidə Eurovison Musiqi Yarışmasının keçirilməsi üçün aparılan tikinti işlərinin sürətləndirilməsi yüzlərlə mülk sahibinə ziyan vurmuşdur.
Din azadlığının hökumət tərəfindən məhdudlaşdırılması 2012-ci ildə də davam edib. 2011-ci ilin dekabr ayında qanunvericiliyə edilən dəyişikliklər prezident tərəfindən imzalanıb. Bu dəyişikliklərə əsasən dövlət tərəfindən təsdiq edilməyən dini ədəbiyyatların qanunsuz nəşri, paylanması və idaxalı cinayət sayılır. Bu dəyişikliklərə qədər isə belə hallar inzibati xəta kateqoriyasına aid edilirdi.
Hüquq müdafiəçisi və bloqqer Taleh Xasməmmədov aprel ayında xuliqanlıq və dövlət məmuruna qarşı zorakılıq etmək maddəsi ilə 4 il azadlıqdan məhrum edilib. Xasməmmədov yerli hüquq mühafizə orqanları əməkdaşlarının daxil olduğu korrupsiya və hüquq pozuntuları iddiaları ilə bağlı apardığı araşdırmaları ilə tanınırdı.
Avropa Ittifaqı, Amerika Birləşmiş Ştatları və digər beynəlxalq və regional institutlar və tərəfdaşlar insan hüquqlarının durumuna görə Azərbaycanı tənqid etsələr də, hüquq pozuntuları ilə bağlı vəziyyətin konkret yaxşılaşdırılması məqsədi ilə siyasi təzyiq tətbiq etməyiblər və Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqələrini insan haqlarını yaxşılaşdırılması üçün şərtləndirə bilməyiblər. Avropa Ittifaqı, Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatı və Amerikanın Bakıdakı səfirliyi jurnalist Idrak Abbasova qarşı törədilmiş hücumu tənqid edərək, Azərbaycan hökumətinə müraciət edərək bu hücumla bağlı çevik və hərtərəfli istintaq aparmağa çağırsa da, heç bir nəticəsi olmayıb.
Eurovision Musiqi Yarışmasının keçirilməsinə nəzarət edən Avropa Yayım Birliyi (AYB) Azərbaycanda söz azadlığının yaxşılaşdırmaqla bağlı açıq şəkildə öhdəlik götürsə də, ortaya ciddi prinsipial mövqe qoymaqdan imtina edib (Turan).