Strategy Analytics tədqiqat şirkətinin məlumatına əsasən, 2012-ci ilin dördüncü rübündə istehsal edilmiş ağıllı telefonların 70.1 faizinə Android əməliyyat sistemi quraşdırılıb.
iPhone-nun payı 22 faiz təşkil edib. Beləliklə, Apple və Google-un platforması ağıllı telefon bazarının 92.1 faizinə nəzarət edir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, 2012-ci ilin yekununa görə, Android əməliyyat sistemi ilə işləyən təxminən 500 milyon ağıllı telefon tədarük edilib. Müqayisə üçün bildirək ki, həmin dövrdə 135.8 milyon iPhone tədarük edilib.
Mütəxəssislərin sözlərinə görə, 2013-cü ildə Microsoft, Blackberry, Firefox və Tizen məhsulları sayəsində ağıllı telefon bazarında rəqabət güclənəcək.