Bakı vaxtı ilə bu gecə İspaniya kubokunda yarımfinalın ilk oyunu keçirilib. Əzəli rəqiblər – “Real Madrid” və “Barselona” qarşılaşıb.
Oyuna ev sahibliyini “Real Madrid” edib. Gərgin keçən oyunun ilk hissəsində hesab açılmayıb. İkinci hissədə isə komandalar hərəyə bir qol vuraraq heç-heçə ilə ayrılıblar.
49-cu dəqiqədə “Barselona”dan Fabreqas, 80-ci dəqiqədə isə “Real”dan Varan rəqib qapısına yol tapa bilib.
Yarımfinalın digər qarşılaşması yanvarın 31-də baş tutacaq. Madriddə “Atletiko” “Sevilya” ilə qarşılaşacaq.