Üç yaşlı britaniyalı dahilər siyahısına düşüb

Cənubi Yokşir qraflığının Barnsli şəhərindən olan üç yaşlı britaniyalı Şervin Şarabi beynəlxalq «dahilər cəmiyyəti»nin siyahısına salınıb.
Bu barədə Sky News məlumat yayıb. Bu balaca oğlan IQ (intellekti müəyyən edən test) testindən 136 bal toplayıb. Nəzərə almaq lazımdır ki, böyüklər üçün orta göstərici 100, xüsusi istedadı olanlar üçün isə 130 baldır. 

10 aylığında danışmağa başlayan Şervin 20 aylığında fikirlərini mürəkkəb cümlələrlə izah edirdi. İndi o 200-ə qədər sayır, xəritədə bütün dövlətləri və bu dövlətləri bayraqlarını göstərə bilir.
Uşağın anası oğlunun uşaq verilişlərinə deyil, xəbərlər buraxılışına baxdığını deyir.
Belə kiçik yaşda bu cür intellekt nadir halda rast gəlinir. Britaniyada yaşı 10-dan az olan yüzə yaxın dahi var. Ancaq bu sahədə rekord Şervinə məxsus deyil. Saffron Pledcer adlı qız 2011-ci ildə üç yaşında IQ-testdən 140 bal toplayıb. Ancaq bu da rekord deyil. Londondan olan Eliz Tan Roberts iki yaş dörd aylığında IQ-testdən 156 bal toplamağa müvəffəq olub.