i aliyev11

İlham Əliyev bu dəfə kraliçaya verdiyi bahalı hədiyyə ilə hədəfə gəldi

i aliyev11“Daily Mail” siyahıdan yalnız onu ayırdı: “…Azərbaycanın milyarder despotu…”

Ötən il Böyük Britaniya kraliçası II Yelizevanın taxta çıxmasının 60 ili tamam oldu. Kral sarayı yubiley günlərində II Yelizavetaya verilmiş hədiyyələrin siyahısını açıqlayıb. Bu barədə “Daily Mail” qəzetində maraqlı material dərc olunub. Müxtəlif dövlətlərin başçılarının, dünyaca tanınmış adamların verdiyi hədiyyələrin siyahısı qəzetdə çap olunub. Yəməndən tutmuş, Qazaxıstan, ABŞ, Küveytə qədər ən müxtəlif ölkələrin rəhbərlərinin təqdim etdikləri hədiyyələr haqda məlumat verilib.
Nüfuzlu qəzetdə dərc olunmuş sözügedən materialda diqqətimizi cəlb edən məqam Ilham Əliyevin II Yelizavetaya hədiyyəsi oldu. Siyahıdan görünür ki, o, Britaniya kraliçasına ornamentlərlə bəzədilmiş çox qiymətli qılınc və bir qutu kürü hədiyyə edib.

Maraqlıdır ki, siyahıda kraliçaya hədiyyə verən onlarla adamın adı olsa da, məqalə müəllifi dövlət rəhbərlərindən yalnız birinə – Ilham Əliyevə xüsusi diqqət ayırıb.
“Kraliçiya hədiyyə verən şəxslərdən biri Azərbaycanın milyarder despotu Ilham Əliyevdir”, – deyə müəllif yazır.

İnformasiya şöbəsi