Azərbaycan da artıq inqilabi dəyişikliklər dövrünə qədəm qoydu. Baş verən son hadisələrə nə qədər hakimiyyətdaxili qruplaşmaların əzələ nümayişi və yaxud kimlərinsə İlham Əliyevə “Ölkədə sabitliyin qarantı bizik ” mesajını vermək istəmələri kimi yozulsa da bu rejimin qorunmasında maraqlı olanlara təsəlli effektindən artıq olası deyil. Lakin bütün hallarda ölkədə dəyişiklik istəyən mütləq çoxluq var və xalq gələcək taleyinin qeyri müəyyənliyindən narahatdır. Bu gün hamımız necə baş verməsindən asılı olmayaraq Azərbaycanda inqilabi yeniliklərin olacagını istisnasız olaraq söyləyirik. Lakin bütün hallarda bu yeniliklərin müəyyən beynəlxalq, geosiyasi, iqtisadi əsasları var və bunların cəmiyyətdə dartışılması vacibdir.
Əvvala dünyada diktatura, avtoritar tipli quruluşlar , dövlətlər çox azdır onların sərhədləri günbəgün daralmaqdadır. Hətta İran kimi dini dövlət də özünə yaxınlaşan fəlakətin əndişəsisni gizlədə bilmir, Suriyaya hücumu İrana hücum kimi qiymətləndirəcəklərini soyləyirlər.Bununla yanaşı son illərdə başlayan dünya iqtisadi böhranının çox mühüm səbəblərindən biri kimidə kasib, bizim günümüzdə olan əksər ölkələrin bazarlarına Çinin rahatlıqla daxil olması, öz ucuz malları ilə bu bazarlara hakim olmasıdır ki, nəticədə avropa öz mallarını kasıb ölkələrə sata bilmir, kasıblıq, milli sərvətin dar, bəlli bir çevrənin əlində cəmləşməsi ciddi iqtisadi təhdidə, fəsadlara yol açır. Odur ki, bir vaxtlar nəzərə alınmayan bu amillər indi diqqətlə öyrənilir, milli sərvətdən layiqli pay ala bilməyən xalqların əlində olan qəpik-quruşda “kitayiski malların” hesabına Çinə daşınır, Qərbin geosiyasi maraqlarına fundamental təhlükəyə çevrilir. Azərbaycan orta asiya da avropa üçün əldən çıxmış bazarlardan biridir. Yəni normal demokratik hakimiyyətlərin oldugu şəraitdə əhalinin alıcııq qabiliyyəti yaşayış səviyyəsi normal olacagı halda insanlar avropa mallarına üstünlük verər, Çinin kasıb ölkələrdə hegomonlügü aradan qalxar.
2-Azərbacanın əsas gəlir mənbəyi olan neftin kəskin azalması fonunda yaranan təhlükədir ki, ölkədə neçə illər ərzində milli sərvətin istismarı müqabilində onun gələcəyini təmin edən iqtisadi infrastruktur yarada bilmədi. Qeyri neft sektoru inkişaf etdirilmədi, insafsiz və amansızcasına sərvətin talan dövrü həyata keçirildi.Postsovet məkanında əksər ölkələrdə belə rejimlər formalaşdı. 2003 –cu illərdə qərb Ukrayna vəGürcüstan istisna olmaqla bizdə formalaşan qarətçi rejimlərə yaşıl işıq yandırdı. Bir anlıq təsəvvür edin ki, Gürcüstanda da Korrupsiyalaşmış, talançı rejimin mövcudlugu şəraitində Qərb üçün həyati əhəmiyyətli neft kəmərini, buna bənzər lahiyələri həyata keçirmək mümkün olardımı?Gürcüstanı təbii ki, bir-birni əvəzləyən inqilablar, boru kəmərini deşik –deşik edən mental şüur, lahiyəni isə öz mənfəəti baximdan dəyərləndirən rejim olacaqdı. Amma bu gün fakt odur Gürcüstanın demokratik hakimiyyətinin səyləri nəticəsində bu lahiyədən daha efektiv faydalanırlar.Ukrayna da neft qaz kəməri lahiyələrinin reallaşması yolunda narıncı inqilaba yaşıl işıq yandıran qərbin lahiyəsi idi. Eyni dövrdə bizdə Azərbaycanda milli demokratiq bir hakimiyyət mövcud olsaydı, milli sərvətlərimiz indiki şərtlərlə belə talanardımı? Məhz azərbaycanda formalaşan bu rejimin qərb üçün bir mühüm səbəbi də öz millətinin tapdanan haqqının və hüquqlarının alver predmetinə çevrilməsi sayəsində siyasi hakimiyyəti davamlı güzəştlərə məcbur etmək daha çox faydalanmaq maraqları nəzərdə tutulurdu. Bu siyasət ugurla həyata keçirildi və başa çatdırıldı. İndi hər saxtalaşdırılmış seçkidən sonra qərbdən “Azərbaycan demokrayiya yolunda daha bir addım irəli atdı” kimi pulla alınan saxta bəyanatlara alışmış hakimiyyət qərbi anlaya bilmir. Cəzasızlıq mühitinə alışmış və inkişaf etmiş rejimdən hamı üz döndərib,və ya davamlı olaraq döndərməkdədi.Hətta Azərbaycan höküməti tərəfindən hər cür güzəştlərə qonaq edilən BP-İ belə neftin tükənməsi, bir necə ildən sonra daxili tələbatı ödəmək qədər azalacagına eyham vurması, xüsusəndə bunu seçki ilində etməsi hakimiyyət üçün əsl xəyanət idi.Yəni bundan sonra da bu rejimlə ölkənin davam etməsi olduqca təhlükəlidir, rejim dəyişməli, azad seçkilər keçirilməli, daha demokratik, milli mənafeyə xidmət edən hakimiyyətlə əvəzlənməlidir. Amma hakimiyyət bilməlidi ki, bunu bizim qədər qərb ona görə istəyirki, həm də öz zibillərini ört basdır etsin, hakimiyyətidə özünü də yaxınlaşan fəlakətdən qansız- qadasız xilas etsin.
3-Azərbaycan Qərbin qlobal enerji lahiyəsində həm də dəhlz kimi önəmə malikdir. Xüsusən gələcəkdəTrans-xəzər, İran, orta asiya neftinin ixracı baxımından əvəzsiz dəyərə malikdir. Gürcüstanın 10-il bundan öncə demokratikləşməsi yönündə həyatında rol alan amillər indi bizə sanki obyektib qanunauygunluq kimi transver edir. Demokratik, azad, güzəranı yaxşı Azərbaycan isə ən” təhlükəli nümunə” kimi, İranın gələcək taleyındə mühüm həlledici rol oynayacaqdır. Çünki İrana daxil olmanın yolunda avtoritar Azərbaycan rejimi ciddi maneədir. Milli zülm altında əzilən Güneylinin həyatına əlavə olan yoxsulluq, iqtisadi fəlakət, İranı çökdürəcək güc almaqdadır. Amma azad, demokratik Azərbaycan modelinin soragı da Güneyli üçün mühümdür, həlledicidir.
Yəni Azərbaycanda bu il normal seçkilər keçirilməsə demokratik islahatçı bir hakimiyyət formalaşmasa yaxın bir -iki ildə sosial partlayışlar girdabında çabalayan bir Azərbaycan önümüzdə olacaqdır . Zatən onun əlamətləri indidən Quba, Binə, İsmayıllı usyanları kimi təzahür etməkdədir.
Odur ki yaxınlaşan fəlakətin görünən əlamətləri bütün siyasi qüvvələr dəyərləndirməli, təhlil edilməlidi.
Qələndər Muxtarlı :
Azərbaycan Milliyyətçi Demokratik Partiyasının Sədri