ismayilli-usyan4

İsmayıllıda “hakimiyyətə dəstək” şousu hazırlanır

ismayilli-usyan4Əliyevin rayona gələcəyi gözlənilir; “mitinq məzhəkəsi”nə ciddi hazırlıq gedir

Azərbaycan hakimiyyəti İsmayıllıda baş verən xalq etirazından ciddi narahat olub. Dünya mediasının rayon sakinlərinin yerli hakimiyyətə etirazını operativ şəkildə geniş işıqlandırması, Azərbaycandakı diplomatik korpusun İsmayıllıya yola düşməsi, rayonda vəziyyətin hələ də gərgin olması YAP iqtidarını müəyyən addımlar barədə düşünməyə məcbur edib. “Azadlıq”a daxil olan məlumatlara görə, hakimiyyət guya İsmayıllıda hər hansı etiraz aksiyasının olmadığı, əhalinin YAP iqtidarını dəstəkləməsi, hadisələrin məişət zəminində baş vermiş “xırda məsələ” olması barədə rəy yaratmaq üçün rayonda “İlham Əliyevə dəstək şousu” ilə bağlı hazırlıqlar görür. Məlumatlarda bildirilir ki, situasiyadan asılı olaraq İlham Əliyevin Davosdan Qəbələyə, oradan isə İsmayıllıya gəlməsi gözlənilir. Qəbələdə təhlükəsizlik tədbirlərinin görülməsi də bununla əlaqədardır.
Bildirilir ki, İsmayıllı və ətraf rayonların rəhbərliyinə “dəstək şousu”na hazır olmaları tapşırılıb. Bakıdan da şouda iştirak etmək üçün bir qrup YAP-çı hazırlıq vəziyyətinə gətirilib.