Londonda yaşayan və təhsil alan azərbaycanlılar Azərbaycan səfirliyinin önündə İsmayıllıya dəstək aksiyası keçirib
Təxminən 20 nəfərin iştirak etdiyi aksiyada “Hands off İsmayıllı”, “Çirkli əllərinizi İsmayıllıdan çəkin”, “Həbs etdiklərinizi azad edin” və “Ələkbərov İsmayıllını tərk et” tələblərinin yazıldığı posterlər açılıb. Aksiya iştirakçıları polis tərəfindən həbs edilərək işgəncəyə məruz qalmış İsmayıllı sakinlərinin azadlığa buraxılmasını və İsmayıllı İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefa verərək İsmayıllını tərk etməsini tələb ediblər.
Dəstək aksiyası zamanı səfirlik əməkdaşlarından heç kim iştirakçılarla görüşməyib. İsmayıllı sakinlərinə dəstək aksiyası Britaniyadakı Azərbaycan Demokratik Assosiasiyası tərəfindən təşkil edilib. İştirakçılar həmçinin İsmayıllıdakı vəziyyəti, insanların sosial problemlərini müzakirə ediblər.