Azərbaycanın Davosda 120 min avroluq reklamı

Davosda avtobusların hamısına Azərbaycanın reklamı vurulub. Bu reklam aksiyası üçün 120.000 avro məbləğində pul ödənilib. Davosdakı turizm agentliklərindən biri bununla bağlı “Ümid edirik ki, diktaturanın reklamı şəhərin prestijinə xələl gətirməyəcək” deyib.
Məlumatı xaricdə yaşayan azərbaycanlı fəallardan biri İsa Yusibov özünün facebook səhifəsində paylaşıb.