Gəncənin sabiq polis rəisi Rasim Musayev Elmar Vəliyevlə dalaşandan sonra DIN-ə gəlib
Gəncənin sabiq polis rəisi general-mayor Rasim Musayevin işdən çıxarılması ilə bağlı yeni məlumatlar əldə etmişik. Həmin məlumatlarda bildirilir ki, sabiq polis rəisi ilə münasibətləri pis olan icra başçısı Elmar Vəliyev Rasim Musayevə məxsus villanı sökdürmək istəyib.
Bu sabiq rəislə icra başçısı arasında konfliktin əlbəyaxa davaya çevrilməsinə səbəb olub.
Davadan sonra Rasim Musayev DIN-ə gələrək baş verənləri nazir Ramil Usubovun diqqətinə çatdırıb. Daha sonra isə işdən çıxmaq barədə ərizəsini yazıb. Məlumatlarda bildirilir ki, Elmar Vəliyev Rasim Musayevin işdən çıxması ilə kifayətlənməyib. O, baş prokuror Zakir Qaralova müraciət edərək sabiq polis rəisi barədə cinayət işi başlanmasını tələb edib. Bəzi məlumatlara görə, hətta Elmar Vəliyevin Gəncənin prokuroru Adil Vəliyevə bildirib ki, Rasim Musayev barədə cinayət işi başlanmazasa, o vəzifəsini itirəcək.
Rasim Musayev Ramil Usubova yaxın şəxs sayılır. Elmar Vəliyev isə prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun komandasının üzvüdür. “Azadlıq”ın dünənki sayında yazmışdıq ki, Rasim Musayevlə Elmar Vəliyev arasındakı ziddiyyətlər Bəylər Əyyubov-Ramil Usubov qarşıdurmasından qaynaqlanır.
Bu arada DIN Rasim Musayevlə Elmar Vəliyevin münasibətlərinə dair açıqlama yayıb. DIN-in açıqlamasında deyilir:



