“O, Azərbaycanda aşkar edilmiş insan haqları pozuntularının Almaniyada eyni dərəcədə aşkar edildiyini təbliğ etməkdə yanılır”
“Bu, diqqəti Azərbaycanın AŞPA-da müzakirə edilən insan haql“arı pozuntularından yayındırmaqdır
“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayevlə bağlı daha bir açıqlama yayıb. Bu açıqlamanı təşkilatın Fətullayevlə əməkdaşlığı dayandırdığı haqda birinci bəyanatına qarşı tərəfin verdiyi cavaba cavab da adlandırmaq olar. Açıqlamada deyilir:
“Azərbaycanlı jurnalist və keçmiş vicdan məhbusu Eynulla Fətullayev “Amnesty İnternational”a təşkilatın iştirakini xahiş etdiyi bir layihənin maliyyə mənbəyi barədə yanlış məlumat verdiyinə görə, “Amnesty İnternational” onunla əməkdaşlığı bitirməyə məcbur olduğu üçün təəssüflənir.
2007-ci ildə diffamasiya ittihami ilə həbs ediləndən sonra, “Amnesty İnternational” Eynulla Fətullayevin azad edilməsi üçün 4 il kampaniya aparıbi. Onun başına gələnlər, Azərbaycanda tənqidçi jurnalistlərə, bloggerlərə və fəallara qarşı uzunmüddətli və bu günədək davam edən hücumun bir misalıdır.
2012-ci ilin dekabr ayýnda, Eynulla Fətullayev Alman Marşal Fondunun Qara Dəniz Fondu tərəfindən maliyyələşdiyini iddia etdiyi və Almaniyada insan haqqları pozuntularını araşdırmaq üçün təsis edilmiş bir layihədə iştirak etməyə, Amnesty İnternationalın sözçüsü daxil olmaqla, bir neçə insan haqqları ekspertlərini dəvət etdi. O bu ekspertləri, hesabatının Brüsseldəki təqdimatında çıxış etmək üçün, bütün xərcləri ödənilmiş səfərdə ona qoþulmağa dəvət etdi.
Qara Dəniz Fondunun, Qara Dəniz ətrafýndaki ölkələr üçün təsis edildiyi halda, bu ölkələr əvəzinə Almaniya üzrə bir layihə üçün onlarla min avro xərcləməsinə ehtimal az olduðuna görə, “Amnesty International” tədbirə spiker göndərməkdən imtina etdi və fonda müraciət etdi. Buna baxmayaraq, Eynulla Fətullayev “Amnesty İnternational”ın təşkilatının spikerinin güya iştirak edəcəyi barədə gündəliyi yaymağa başladı. O, həmçinin “Amnesty International”ın iştirakını iddia edərək, tədbirə dəstək qazanmağa çalışdı.
Bu zaman Qara Dəniz Fondu, bu layihədə iştirak etmədiyini təsdiqlədi. Davamlı müraciətlərimizə baxmayaraq, Eynulla Fətullayev əsl maliyyə mənbəyini açıqlamaqdan imtina etmişdir. Bu səbəbdən, “Amnesty İnternational” Eynulla Fətullayev və onun təşkilatı “İnsan Hüquqları Uğrunda” Azərbaycan İctimai Birliyi ilə hər hansı əməkdaşlığı dayandırmaq qərarına gəlmişdir. Eynulla Fətullayəv, fəaliyyətində bizi dəstəkçi və ya tərəfdaş təşkilat kimi təqdim edən hər hansı iddialara əhəmiyyət verilməməlidir.
Eynulla Fətullayev “Amnesty İnternational”ı, onun layihəsinin Almaniyada insan haqqlarının vəziyyəti barədə tənqidlərə qarşı olduğunu iddia edən bəyanat yaymışdır. Bu həqiqətə uyğun deyildir. “Amnesty İnternational” Almaniyada insan haqqlarI pozuntuları barədə bir sıra hesabatlar nəşr etmişdir. Həqiqətən də, “Amnesty İnternational”, Almaniya ofisi nümayəndəsinin Fətullayevin təşkilatına verdiyi müsahibədəki tənqidlərinin arxasında dayanır.
“Amnesty İnternational” onun Azərbaycanda aşkar edilmiş insan haqları pozuntularının Almaniyada eyni dərəcədə aşkar edildiyini təbliğ etməkdə yanıldığına inansa da, təşkilat onun Almaniya və ya hər hansı digər ölkə barədə fikirlərini ifadə etmək hüququna tamamilə hörmət edir.
“Amnesty İnternatonal” bu məsələni, diqqəti Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) bu həftə müzakirə edilən insan haqları pozuntularından arzuedilməz yayındırma hesab edir. Çərşənbə günü AŞPA-da, Azərbaycan hökümətinin Eynulla Fətullayəvə qarşı istifadə etdiyi və bu günədək tənqidçi səsləri susduran siyasətinə son qoymağa çağıran iki qətnamə üzrə səsvermə aparılacaq”.