Rasim Balayev indiyədək ona qarşı təzyiqlərin olduğunu mətbuatda dəfələrlə açıqlamışdı. Hətta gənclər ona bu məqsədlə dəstək aksiyası keçirmək istəyirdilər. Lakin Rasim Balayev ictimai dəstək kampaniyasından imtina etdi. Bu haqda Moderator.az-a Ziyalılar Forumunun prezidenti Eldar Namazov xalq artisti Rasim Balayevin Kinomatoqrafçılar İttifaqından istefa verməsiylə bağlı yaydığı bəyanata münasibət bildirərkən deyib. Onun sözlərinə görə, R. Balayev ona qarşı edilən təzyiqlərə tab gətirə bilmədi: “Hesab edirəm ki, bu istefa Azərbaycan hakimiyyətinin mahiyyətini ortaya qoydu. Bəlli oldu ki, azad fikir söyləyən, sözünü açıq deyən insanlar susdururlur. Azərbaycanın hazırki mühiti bu vəziyyətdədir”- deyə o bildirib.
“Rasim Balayevin istefasi hakimiyyətin mahiyyətini açdı”
•
•


