Həsən Kərimov Türkiyəyə gedir

AXCP Ali Məclisinin sədri Həsən Kərimov səhhəti ilə bağlı Türkiyəyə yollanır. Bu barədə o özü “Azadlıq”a bildirib. Onun deməsinə görə, şəxsi həkimləri ona çoxdan ürəyi ilə bağlı təkrar müayinədən keçməyinin vacibliyini bildirsələr də, problemlər ona bu səfəri rallaşdırmağa imkan verməyib.
Xatırladaq ki, Ictimai palatanın “2 aprel” zamanı Həsən Kərimov polisdə kobud münasibət ucbatından xəstəxanaya düşmüşdü. Həmin zaman onun səhhətində yaranan böhranı Türkiyədəki həkimlər aradan qaldıra bilmişdi.