Bakıda avroritetlərin yığıncağı dağıdıldı

«Qanuni oğru»ların toplantısı «Ded Xasan»ın qətlilə bağlı olub?

Yanvarın 18-də əvvəllər məhkum olunmuş, özlərini kriminal avtoritet adlandıran bir qrup şəxsin Xətai rayonu ərazisindəki kafelərdən birində toplaşaraq aralarında nüfuz dairələrinin bölgüsünü aparmaları barədə Daxili Işlər Nazirliyinə əməliyyat məlumatı daxil olub.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a daxil olan məlumata görə, bununla əlaqədar dərhal həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində 11 nəfər saxlanılıb. Bu zaman onlar polisə müqavimət göstəriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanılı, araşdırma aparılır.
Redaksiyamıza daxil olan məlumatlara görə, kriminal avtoritetlərin toplantısı “Ded Xasan” ləqəbli “qanuni oğru”nun qətlilə bağlıdır. “Ded Xasan” bir yanvarın 16-da Moskvada qətlə yetirilib. Bildirilir ki, kriminal avtoritetlər bu məsələni müzakirə etmək, “Ded Xasan”ın qətli ilə bağlı mövqeləri aydınlaşdırmaq niyyətində olublar.
Həmçinin məlumat almışıq ki, son bir neçə gündə bütün həbsxanalarda nəzarət gücləndirilib. Bunun səbəbi bəlli deyil. Lakin ehtimal edilir ki, bu da “Ded Xasan”ın qətlilə bağlıdır. Mülahizələrə görə, bu addım “Ded Xasan”ın tərəfdarları ilə ona müxalif olan kriminal aləmə bağlı şəxslər arasında qarşıdurma yarana biləcəyi təhlükəsindən irəli gəlir.